525.Az

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü alqışlanıb


 

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü alqışlanıb<b style="color:red"></b>

Bu gün Vilnüsdə baş tutan III "Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən görüşünü alqışlayıblar. Trend-in məlumatına görə, bu barədə III "Şərq tərəfdaşlığı" sammitinin Birgə Bəyannaməsində qeyd olunur.

Bəyannamədə deyilir ki, sammit iştirakçıları prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların irəlilədilməsinə dair razılığını alqışlayıblar.

Vilnüs sammitinin iştirakçıları münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tez bir zamanda həllinin vacib olduğunu vurğulayıblar.

 





29.11.2013    çap et  çap et