525.Az

Sumqayıtın helikopterlərlə dezinfeksiyasına dair məlumatlara münasibət bildirilib


 

Sumqayıtın helikopterlərlə dezinfeksiyasına dair məlumatlara münasibət bildirilib<b style="color:red"></b>

Sosial şəbəkələrdə Sumqayıt şəhərinin axşam saatlarında helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna bildirilib ki, sosial şəbəkələrdə yayılmış bu məlumatlar həqiqəti əks etdirmir: "Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar şəhər ərazisində yerləşən inzibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar, bağçalar və yaşayış binaları davamlı şəkildə dezinfeksiya olunur. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri də hər günü dezinfeksiya edilir".

 





12.03.2020    çap et  çap et