525.Az

“Arşın mal alan” operettası Marionet Teatrının quruluşunda


 

“Arşın mal alan” operettası Marionet Teatrının quruluşunda <b style="color:red"></b>

Noyabrın 27-Arşın mal alanoperettası Kiçik KarvansaraydaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrının quruluşunda tamaşaya qoyulub. Teatrdan APA-ya verilən məlumata görə, 100 yaşlıArşın mal alankomediyasının qəhrəmanlarını bu dəfə marionet kuklalar canlandırıb.

 

Tamaşanın rejissoru Tərlan Qorçu, aktyor heyəti A. Mustafayev, E. Mirzəyev, E. Abbaslı, Ş. Buksayev R. Həsənovdur. Marionet tamaşası müğənni aktyorların 1989-cu ildə lentə alınan ifaları ilə səsləndirilib. “Arşın mal alanın marionet qəhrəmanları Xuraman Qasımova, İlqar Muradov, Səyavuş Aslan, Zərnigar Atakişiyeva, Ramiz Məlikov, Məlahət Abbasova, Nuriyyə Əhmədova, Yasin Qarayev kimi sənətkarların səsiylə oxuyub-danışırlar.

 

Qeyd edək ki, Marionet Teatrı 2011-ci ildənİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir

 

 





30.11.2013    çap et  çap et