525.Az

ÜST: "Bəzi ölkələrdə koronavirusa yoluxma artıq azalmaqdadır"


 

ÜST: "Bəzi ölkələrdə koronavirusa yoluxma artıq azalmaqdadır"<b style="color:red"></b>

"Koronavirusa qarşı test dəstləri regiondakı ölkələrə çatdırılıb. Onlardan milli referans laboratoriyalarında istifadə olunmaqdadır".

APA-nın xəbərinə görə, bunu ÜST-ün Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Karolina Braun deyib.

O, pandemiyanın yay aylarında səngiməsi ilə bağlı deyilənlərə də münasibət bildirib: "Bəzi ölkələrdə yoluxma artıq azalmaqdadır. Xüsusilə Çində azalmasına baxmayaraq, yeni xəstəlik hallarının aşkarlanması ilə bağlı tədbirlər davam etdirilir. Bu alovlanmanın Azərbaycanda yay aylarında özünü necə göstərəcəyi ilə bağlı proqnoz vermək çətindir. Amma yaxşı olar ki,  qarşısının alınması ilə bağlı tədbirlər görülsün".

K. Braun qeyd edib ki, hazırda koronvirusa qarşı ekspress testlərin hazırlanması ilə bağlı iş aparılır. Müəyyən muddətdən sonra bu testlər hazır ola bilər.

 





13.03.2020    çap et  çap et