525.Az

"ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi işçi qaydada razılaşdırılıb"


 

"ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi işçi qaydada razılaşdırılıb"<b style="color:red"></b>

"ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi işçi qaydada razılaşdırılıb və hər bir ölkənin daxili hüquqi ratifikasiya prosesindən keçir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, bu, ölkələrə görə dəyişir: "Çünki Nizamnamə bəzi ölkələrdə hökumət, bəzi ölkələrdə parlament tərəfindən ratifikasiya olunmalıdır. Hazırda Nizamnamənin həmin ölkələrdə təsdiqi ilə bağlı hüquqi prosedur gedir. Düşünürük ki, bu il bunu yekunlaşdıraraq Assosiasiyanın fəaliyyətə başlamasının şahidi olacağıq. Assosiasiya yeni yaradılır, daha sonra digər ölkələrin də üzv olması məsələsinə baxılacaq".

Agentlik sədri xatırladıb ki, ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı ötən ilin iyununda 8 ölkə ilə niyyət protokolu imzalanıb. 24 dekabrda Bakıda həmin Assosiasiyanı təsis edən ölkələrin nazirləri arasında Nizamnamənin razılaşdırılması istiqamətində görüş keçirilib.

 





13.03.2020    çap et  çap et