525.Az

Azərbaycanda restoran və kafelərdə iş rejimi azaldıldı


 

Azərbaycanda restoran və kafelərdə iş rejimi azaldıldı<b style="color:red"></b>

Azərbaycanda restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib.

Bununla yanaşı, Azərbaycanda saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

 





13.03.2020    çap et  çap et