525.Az

Səudiyyə Ərəbistanı beynəlxalq uçuşları təxirə salacaq


 

Səudiyyə Ərəbistanı beynəlxalq uçuşları təxirə salacaq<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə mübarizə məqsədilə martın 15-dən etibarən iki həftə beynəlxalq uçuşları təxirə salacaq.

APA-nın "ArabNews"a istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, qərar martın 15-i saat 11:00-dan etibarən iki həftə müddətində qüvvədə olacaq.

Nazirlikdən verilən məlumata görə, bəzi uçuşlara yalnız "müstəsna hallarda" icazə veriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında COVID-19 yoluxma halı 86-ya çatıb.

 

 





14.03.2020    çap et  çap et