525.Az

Gürcüstanda hərbi qulluqçular koronavirusa görə karantinə alınıb


 

Gürcüstanda hərbi qulluqçular koronavirusa görə karantinə alınıb<b style="color:red"></b>

Gürcüstanda 10 hərbi qulluqçu koronavirus şübhəsi ilə karantinə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. Xəbərə görə, Qori hərbi xəstəxanasında karantində saxlanılan 49 nəfərdən 10-u hərbi qulluqçulardır.

Karantində olan 45 nəfərin Gürcüstan vətəndaşı, digər 4 nəfərin isə Azərbaycan və Belarus vətəndaşları olduqları bildirilir. Onların vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

 





14.03.2020    çap et  çap et