525.Az

Koronavirus aşkarlanmış daha üç Azərbaycan vətəndaşı sağalıb


 

Koronavirus aşkarlanmış daha üç Azərbaycan vətəndaşı sağalıb<b style="color:red"></b>

Koronavirus (COVİD-19)  infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan APA-ya bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

 





14.03.2020    çap et  çap et