525.Az

Sabahın hava proqnozu


 

Sabahın hava proqnozu<b style="color:red"></b>

Martın 15-də gözlənilən hava şəraiti

ETSN-dən APA-ya bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gün ərzində mülayim şimal-qərb küləyi  arabir güclənəcək.

Havanın temperaturu  gecə 6-10° isti, gündüz  12-15° isti, Bakıda  gecə 6-9° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer  təzyiqi  756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. 

Azərbaycanın rayonlarında

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.  Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə  duman. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-10° isti, gündüz 13-18°  isti,

dağlarda gecə 0-5° isti, gündüz  5-10°  isti  olacaq.

 





14.03.2020    çap et  çap et