525.Az

Koronavirusla bağlı vəziyyətin müzakirəsi təxirə salınıb - Yenilənib


 

Koronavirusla bağlı vəziyyətin müzakirəsi təxirə salınıb - <b style="color:red">Yenilənib</b>

Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin Azərbaycanda koronavirusla bağlı vəziyyətin müzakirəsini nəzərdə tutan birgə iclası təxirə salınıb.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki,  Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçiriləcək iclasının gündəliyinə koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər barədə məsələ daxil edilmişdi.

 

 





14.03.2020    çap et  çap et