525.Az

Gürcüstan üç ölkə ilə səyahət qaydalarını sərtləşdirib


 

Gürcüstan üç ölkə ilə səyahət qaydalarını sərtləşdirib<b style="color:red"></b>

Gürcüstan höküməti koronavirusun yayılması riskini azaltmaq məqsədi ilə Norveç, Danimarka və İsveçrə ilə  səyahət qaydalarını sərtləşdirib.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Qərara əsasən, sözügedən ölkələrdən qayıdan şəxslər COVID-19 virusuna yoluxmama ilə bağlı sertifikat təqdim etmədikləri təqdirdə, 14 gün müddətinə karantinə alınacaqlar.

 

 





14.03.2020    çap et  çap et