525.Az

Dost dosta tən gərək...


 

Dost dosta tən gərək...<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü

Mən dostluqda sadiq adamam hesab edirəm ki, bizim  dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir. 

İlham Əliyev  

Tanınmış fransız yazıçısı Jan Pol Sartr insan fenomeni haqqında bütün mülahizələrini ümumiləşdirərək müdrik bir fikir söyləmişdi. "İnsan - özü özünün yaradıcısı olmaqdan başqa bir şey deyildir." Doğrudan da , insanlar fərdi səviyyədə öz özlərini birlikdə isə yaşadıqları cəmiyyəti  təkcə fiziki anlamda deyil, sözün  bütün mənalarında  yaradan varlıqlardır. Onlar kəmiyyəti ilə cəmiyyətin fiziki ölçülərini müəyyənləşdirdiyi kimi, özlərinin mənəvi-əxlaqi, intellektual parametrləri ilə cəmiyyətin adət-ənənələrini, maddi mənəvi dəyərlərini yaradır, onun seçkin, özünəməxsus cəhətlərini formalaşdırır bununla da mənsub olduqları cəmiyyəti digərlərindən fərqləndirirlər. Bu ya digər şəkildə formalaşmış  hər hansı bir cəmiyyət məhz onu təşkil edən insanların yaratdığı "əsər"dir. İnsan rəng duyma qabiliyyətinə malik olduğundan onun yaratdığı əsər - cəmiyyət çoxrənglidir. Bu rəngləri ayırd etmək üçün biz onu  bütövlükdə - tam şəkildə onun hər tərəfini eyni zamanda görə bilməliyik. İnsanlar cəmiyyəti yaratdığı kimi onun qiymətləndirilmə metodlarını, meyarlarını hətta onu sərgiləmə "alətlərini"  yaratmışlar. Bunlar "cəmiyyətin durumu", "cəmiyyətin özünəxas vərdişləri",  "cəmiyyətin mənəvi dəyərləri" s. bu kimi anlayışlarla ifadə olunur. Belə ifadələrdən biri "cəmiyyətin güzgüsü" ifadəsidir. Məhz mətbuatın  cəmiyyətin güzgüsü olduğunu ilk dəfə kimin dediyi məlum  olmasa da, bu deyimin aksioma olması heç bir şübhə doğurmur. Güzgü isə hər şeyi olduğu kimi əks etdirməkdən başqa bir funksiyası olmayan dəqiq bir alətdir. Buna görə mətbuata inam bütün cəmiyyətlərdə bütün dövrlərdə sarsılmaz olub hələ olmaqdadır.  Beləliklə, mətbuat sadəcə cəmiyyətin bir qisminin yazdığı mətnlərin digər qismi tərəfindən oxunması kimi bəsit bir interaksiya predmeti olmayıb, bütövlükdə cəmiyyətin bütün rənglərini olduğu kimi əks etdirən güclü təsir qüvvəsinə malik bir mexanizmdir. Bu mexanizmin işləməsi cəmiyyətin inkişaf yolunu müəyyənləşdirir, dəqiqləşdirir, istiqamətləndirir cəmiyyəti onu təşkil edən insanların arzu məqsədlərinə doğru aparır. Azərbaycan mətbuatı da istisna deyil. O artıq 138 ildir ki,  cəmiyyətimizlə birgə addımlayır, onu olduğu kimi əks etdirir, onu irəliyə - cəmiyyətimizin arzuladığı gələcəyə  aparır. Keçmişimizi mətbuatımızin keçmişindən öyrənirik, cəmiyyətimizin  bu günkü baxışları ilə məhz mətbuatdan tanış oluruq, gələcəyimizin qurulmasında daha mükəmməl bir cəmiyyət statusuna qovuşmasında da məhz medianın aktiv, obyektiv yaradıcı fəaliyyətinə arxalanırıq.

Bütün bu fikirlər bu günlərdə iştirakçısı olduğum bir görüşdə  Prezident İlham Əliyevin milli mətbuatımız haqqında söylədiyi dəyərləndirmələrdən yaranan təəssüratımın ümumiləşdirilmiş ifadəsidir. Bu görüş "RUH" Jurnalistlər İttifaqının il ərzində apardığı rəy sorğuları əsasında müəyyən olunmuş qalibə "Jurnalistlərin dostu" media mükafatının təqdim olunmasına həsr olunmuşdu. Ötən il ərzində  Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu vasitəsilə dövlət tərəfindən mediaya ayrılan vəsaitlərin artırılması, iqtidar ya müxalifət yönümlü olmasından asılı olmayaraq bu vəsaitlərdən bütün KİV-lərin səmərəli istifadə etmək imkanları, həm ölkə daxilində , həm ölkəmizin hüdudlarından kənarda böyük rezonans doğurmus aksiya kimi dövlət tərəfindən jurnalistlərin mənzillərlə təminatı jurnalistlərin  birmənalı seçimini müəyyən etmişdir. Son on ildə ölkədə aparılan quruculuq işləri  iqtisadiyyatda baş verən proqressiv dəyişikliklərlə yanaşı cəmiyyətin həyatında demokratik dəyərlərin getdikcə daha çox yer alması, vətəndaş cəmiyyətinin bərqərar olması üçün yaranan imkanların artması nəhayət, milli həmrəyliyə doğru meyllərin güclənməsi bilavasitə Prezident İlham Əliyevin apardığı siyasi kursun bəhrəsi kimi tanınır siyasi mübarizənin əks tərəfində dayanan qüvvələr daxil olmaqla bütövlükdə xalq tərəfindən alqışlanır. Ona görə heç təsadüfi deyil ki, "Jurnalistlərin dostu" media mükafatının bu ilki laureatı da artıq ikinci dəfə ölkə başçısı İlham Əliyev olmuşdur. Bir neçə gün öncə Mətbuat Şurası İdarə Heyəti üzvlərinin aparıcı media vasitələrinin rəhbərlərini bir araya toplayan  tədbirdə  "Jurnalistlərin dostu" mükafatı Prezident İlham Əliyevə təqdim olundu. Ölkə başçısı öz çıxışında mətbuatın cəmiyyətimizin həyatında   oynadığı rolu hərtətərəfli şərh edərək, ölkədə azad mətbuatın mövcudluğunu zəruriliyini xüsusilə vurğuladı. Mətbuatı ictimai-siyasi həyatımızın ayrılmaz vacib komponenti kimi xarakterizə edən Prezident müstəqillik dövründə milli mətbuatımızın keçdiyi təkamül yolunu,  onun milli dirçəlişimizə dövlət quruculuğuna verdiyi töhfələri yüksək qiymətləndirdi. Prezident bu mükafatın onun üçün xüsusi önəm daşıdığını vurğulamaqla yanaşı Azərbaycan dövlətinin milli mətbuatın inkişafına  göstərdiyi diqqət qayğının vacibliyini bunun dövlət siyasətinin tərkib hissəsi kimi davamlı bir proses olduğunu diqqətə çatdırdı: "Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin dostu" adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim beləliklə, ölkəmizin sürətli uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir..."

Doğrudan da,  hər bir ölkənin inkişafının  məhz həmin ölkədəki söz mətbuat azadlığı ilə birbaşa bağlı olduğu ölkəmizdə baş tutan inkişafda da məhz bu bağlılığın açıq-aydın müşahidə olunduğu danılmazdır. Mətbuatın inkişaf tendensiyaları ilə müstəqilliyin, dövlətçiliyin möhkəmlənməsi demokratiyanın dərinləşməsi prosesləri arasında qarşılıqlı əlaqələrin ahəngdarlığı istənilən cəmiyyətin inkişaf qanunauyğunluğudur. Müqayisə üçün sovet dövrünü xatırlamaq kifayətdir.  Sovet hakimiyyəti zamanında məhdud siyasi  çərçivədə yaşayan sovet cəmiyyəti mövcud olduğu 70 il ərzində yalnız məhdud iqtisadi inkişafa çata bilmişdi məhrumiyyətlər içərisində yaşayan cəmiyyətin özünə müvafiq məhdud ideoloji əsaslı mətbuatı vardı. Çoxlarımızın yaxşı bələd olduğu yeknəsək, monoton məzmunlu rəsmi sovet mətbuatı da məhz həmin cəmiyyətin güzgüsü idi. Təcrübə isə onu göstərir ki, demokratik dəyərlərin bu sırada xüsusən mətbuat söz azadlığının mövcudluğu bütövlükdə ölkənin inkişaf dinamikasını gücləndirən ən vacib amillərdən biridir bunlardan birinin mövcudluğu digərini şərtləndirir. Müstəqilliyimizin 22 illik siyasi-iqtisadi, mədəni demokratik inkişaf tarixi məhz bu ahəngdarlığı əks etdirir.

Müstəqilliyimizin bərpasından dərhal sonra hələ "ehtiyatla davranan" ilk müstəqil mətbu orqanlarımızın 1998-ci ildə senzuranın ləğv olunmasından sonra qısa bir müddətdə "yağışdan sonrakı göbələk kimi" artması, müxtəlif fikirlər, cərəyanlar məqsədlər ətrafında differensiyalaşması buna baxmayaraq dövrün xarakterinə uyğun olaraq aqressivləşməsi cəmiyyətin azadlıq eyforiyasından doğan çaşqınlıq davranışının təzahürü idi.

Dövlət quruculuğu prosesi dönməz xarakter aldıqca, iflic vəziyyətdə olan iqtisadiyyat  dirçəldikcə,  cəmiyyətin gələcək haqqında təsəvvürləri aydınlaşdıqca mətbuatımızın içində bulunduğu siyasi-ideoloji duman da seyrəlməyə başladı. Milli inkişaf əqidəsinə köklənən mətbuat dövrün nəbzini duymağa tədricən cəmiyyətin istiqamətverici qüvvəsinə çevrilməyə başladı. Getdikcə ayrı-ayrı siyasi qrupların, üzdə görünən görünməyən müxtəlif məqsədli cərəyanların dar mənafeyi çərçivəsini aşaraq məhz cəmiyyətdən gələn sifarişlərin carçısına çevrilməyə başladı.  Qısa müddət ərzində milli mətbuatımızın keçdiyi təkamül yolunu yüksək qiymətləndirən ölkə başçısı öz nitqində bu barədə danışdı:. "Əgər biz keçmiş illərə nəzər salsaq, görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə, xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək, görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün vardır. Ancaq onların miqdarı xeyli azalıbdır.  Məsuliyyət peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir".

Müqəddəs missiyası dəqiq, qərəzsiz obyektiv məlumatı oxucuya çatdırmaq olan mətbuat hər bir cəmiyyətin özü kimi rəngarəngdir. Lakin cəmiyyətin ümumi maraqlarını ifadə müdafiə etmək missiyasında milli mətbuatımızın ümummilli maraqlara söykənən məsuliyyəti vardır.  Bu məsuliyyətin dərk olunması mətbuatı fraqmental maraqlardan uzaqlaşıb cəmiyyətin konsolidasiyasına xidmət etməyə sövq edir. Bu barədə ölkə başçısı öz fikirlərini bölüşdü:  "...Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır... Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur... Amma hər halda inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır".

 Öz nitqində milli mediamızın bu günkü inkişaf səviyyəsini xarakterizə edən Prezident onu belə dəyərləndirir: "....demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir... Cəmiyyətdə ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Azərbaycan cəmiyyəti artıq əsas hədəflər üzərində səfərbər olunubdur.  Müstəqillik, dövlətçilik, müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir".  

Dövlət quruculuğunun bu günkü mərhələsində əldə olunmuş nailiyyətlərlə yanaşı siyasi iqtisadi müstəvidə öz həllini gözləyən  vacib məsələlərin olduğunu qeyd edən prezident xalqın taleyi baxımından ən böyük əhəmiyyətə malik olan Azərbaycan-Ermənistan münaqişəsinin dövlətlə bərabər medianın da daim diqqət mərkəzində olmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Bu istiqamətdə aparılan işlərdə medianın rolunu vəzifələrini dövləti məsuliyyət səviyyəsinə qaldıran Prezident mətbuat orqanlarını mübarizəni davam etdirməyə çağırdı: "...biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada, əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir davam edəcəkdir..."

Ölkə başçısı öz çıxışında istər daxili siyasətdə, istərsə xarici siyasətdə dövlətin nail olduğu uğurların əsasında azad mətbuata əsaslanan demokratik mühitin dayandığını, cəmiyyətimizin demokratikləşməsi ilə qazanılan uğurların davamlılığı arasında birbaşa bağlılıq olduğunu qeyd edərək demişdir: "...demokratik cəmiyyət qurulmasa, bizim uğurlarımızın dayanıqlılığı təmin edilə bilməz. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə vardır. Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq". 

Bu gün ümumdünya inkişaf proseslərinin gedişinə nəzər saldıqda doğrudan da,  demokratiya inkişaf arasındakı bu dialektik əlaqə çağdaş dövrümüzün ən başlıca əlamətlərindən biri kimi görünür. İnformasiya isə bu əlaqəni reallaşdran  başlıca vasitə rolunda çıxış edir. Müasir qloballaşma dövrünün ən xarakterik cəhətlərindən biri informasiyanın zaman məkan daxilində bütün çərçivələrdən azad olmasıdır. Mətbuatın başlıca məhsulu olan informasiya ani surətdə qlobal məkanı əhatə edə bilir real zaman axınında istehlakçıya çatdırıla bilir. Belə bir şəraitdə informasiya kəmiyyət kateqoriyasından uzaqlaşaraq keyfiyyət göstəricisinə çevrilir. Bu keyfiyyət həmin informasiyanın, onu yayan mətbuatın cəmiyyətə verdiyi fayda ilə ölçülə bilər. Bu baxımdan Azərbaycan mediasında istehsal olunan məhsulların həm cəmiyyətimiz həm dövlətimiz üçün faydalı olduğunu təsdiq edən Prezident dövlətlə medianın faydalı işbirliyinin cəmiyyətin inkişafı üçün zəruri olduğunu önə çəkdi:  "...Azərbaycan mediası daim inkişaf etməlidir. Eyni zamanda, əlbəttə ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir. Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir. Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması - bütün bunlar diqqət çəkir. ...Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir".

Prezidentin xüsusi önəm verdiyi bu funksiyasında mətbuatımız son 20 il ərzində çaxnaşmalara, siyasi intriqalara, yanlış yönləndirmələrə meylli olan qaragüruhçu aqressivlikdən bu günkü obyektiv tənqidə, elmi analitikaya, siyasi plüralizmə multikultural cəmiyyətin təbliğinə əsaslanan güclü təsir vasitəsinə çevrilmişdir. Əlbəttə, dəqiq etibarlı mənbəyə əsaslanmayan   heç bir obyektiv istinad mənbəyi olmayan dedi-qoduların mətbuat səhifələrində yer alması bu gün istisna deyil. Xüsusən cəmiyyətdə tanınan şəxsiyyətlər haqqında əsassız məlumatların müxtəlif məqsədlərlə "sarı" adlandırılan  mətbuatda vaxtaşırı hallandırılması hələ şantaj təhdid üsullarından yararlanmağa çalışan insanların mətbuatdan qərəzli istifadə cəhdində bulunduğunu göstərir. Amma  cəmiyyətdə rast gəlinən neqativ halların mətbuat səhifələrində obyektiv tənqidə məruz qalması tamamilə təbiidir həm faydalıdır. Bu günkü mətbuatımızın aparıcı tendensiyalarında məhz bu istiqamət - nöqsanlara qarşı mübarizə istiqaməti  mütləq üstünlüyə malikdir. Etiraf etməliyik ki, bir çox hallarda dövlətin quruculuq siyasətində tətbiq etdiyi innovasiyalar, müxtəlif dövlət strukturlarının fəaliyyət mexanizminə edilən korreksiyalar da məhz mətbuatın araşdırmaları nəticəsində ortaya çıxan reallıqların qəbul olunmasından irəli gəlmişdir. Ölkə başçısının çıxışıında səslənən fikirlər milli  mətbuatımızı məhz ümummili məqsədlər uğrunda dövlətlə birgə fəaliyyətə səsləyir: "...Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq".

Təqdimat mərasimindəki yekun nitqində Prezident, onu özlərinin dostu hesab edən mətbuat nümayəndələrinə təşəkkürünü bildirərək məzmununda yüksək mənəvi dəyər daşıyan dostluq münasibətlərində səmimi sədaqətli olduğunu da bəyan etdi:  "...Mən ikinci dəfə bu yüksək ada layiq görülürəm. Bu, mənim üçün böyük şərəfdir. Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olubdur. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir".

Bu yerdə yüzilllərin sınağından çıxmış məşhur Atalar sözünü xatırlamaq yerinə düşür: "Dost dosta tən gərək..."  Milli mediamız cəmiyyətdə sağlam meyllərin dəstəklənməsi təbliği, mövcud nöqsanların, cəmiyyət üçün zərərli bəzən hətta təhlükəli olan tendensiyaların aşkarlanması, onların təhlili çıxış yollarının aranmasında doğrudan da, Azərbaycan dövlətinə Prezidentinə dost yardımı göstərməkdə qərarlıdır. Bununla da, jurnalistlərimiz bütün  fəaliyyət istiqamətlərində onların dostu cənab İlham Əliyevin görüşdə səsləndirdiyi  çağırışlarla həmfikir olduqlarını göstərmək əzmindədirlər.  Ölkə başçısının söz fikir azadlığına, ümumiyyətlə mətbuatımıza verdiyi önəm, mətbuat nümayəndələrini öz növbəsində demokratiyanın genişlənməsinə milli birliyə hədəflənmiş fəaliyyətlərini daha da artırmağa bu yolda dövlətçiliyimizin güclənməsinə xidmət edən ümummilli ideyalara sadiqlik nümayiş etdirməyə sövq edir.

Dostluğumuzun daimi olması arzusu ilə.

 





30.11.2013    çap et  çap et