525.Az

Fövqəldövlətlərlə bir sırada


 

Fövqəldövlətlərlə bir sırada <b style="color:red"></b>

"DH-Hüquq Consulting" Şirkətinin vitse-prezidenti, hüquq elmləri namizədi

"Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır olmayacaqdır... Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır... Bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istəyimizə nail ola biləcəyik".
İlham Əliyev 

Ulu öndər Heydər Əliyev 1993- il iyunun 15- Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışından sonra dövlətin xarici siyasət kursunda mövcud reallıqlar nəzərə alınaraq ölkəmizin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklərə başlanıldı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri Avropa ölkələri, yeni müstəqil respublikalar, türkdilli dövlətlər,  müsəlman dünyası nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi. Eyni zamanda, həmin dövrdə yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək vəzifəsi uğurla reallaşdırıldı.

Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların hərbi gücü iqtisadi potensialından asılı olmayaraq, suveren bərabərlik prinsipinə əsaslanan praqmatik xarici siyasət həyata keçirib. Ölkəmizin bütün dövlətlərlə ikitərəfli çoxtərəfli səmərəli əlaqələr yaratması, regionda onun sərhədlərindən kənarda sülh içində birgəyaşama mehriban qonşuluq münasibətləri qurması  respublikamızın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlər olub bu, hazırda da davam etdirilir.

Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi üçün təşəbbüskarlığı digər dövlətlərə örnək olması, həm daxili, həm xarici siyasətdə açıq çevik fəaliyyət göstərməklə digər ölkələrlə ikitərəfli münasibətlərin formatına yeni çalarlar verməsi cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin bu barədə mövqeyi aydın qətidir: "Azərbaycanın mövqeyi birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər yaxın münasibəti olmayan ölkələrlə Azərbaycanın münasibətləri yaxşıdır".

Artıq tam əminliklə demək olar ki, Azərbaycanın geosiyasi iqtisadi resurslarından rasional düşüncə ilə istifadə edən prezident İlham Əliyev çevik siyasi xəttilə respublikamızın dünyanın regionun bütün ölkələri üçün strateji tərəfdaşa, qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli bir dövlətə çevrilməsini təmin edib. Bu tendensiya ildən-ilə  dərin xarakter alır Azərbaycan bütünlüklə dünya miqyasında faydalı əməkdaşlıq üçün açıq dövlət olduğunu təsdiqləyir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının () qeyri-daimi üzvlüyünə seçilməsində 155 ölkənin Azərbaycanı dəstəkləməsi buna əyani sübutdur. Beynəlxalq aləmdə hələ prezident seçilməmişdən öncə tanınan, uzun illər Azərbaycanın PA-dakı nümayəndə heyətinə rəhbərlik edən cənab İlham Əliyevin diplomat kimi fəaliyyəti ölkəmiz haqqında həqiqətlərin dünyada tanınmasına təkan verdi. Məhz bu fəaliyyət dünyada Dağlıq Qarabağ münaqişəsinə münasibətin xeyli dəyişməsinə səbəb oldu. Artıq Azərbaycanın ədalətli mövqeyi bütün dünya tərəfindən dəstəklənir.

Azərbaycan rotasiya qaydasına uyğun olaraq BMT - sədrlik dövründə diqqətçəkən bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki,  "Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilmiş yüksək səviyyəli görüşdə BMT-nin Baş katibi -nin üzvü olan dövlətlərin yüksək vəzifəli şəxsləri iştirak çıxış etdilər. Dövlətimizin başçısı nitqində Azərbaycanın xaricdən dəstəklənən terrora məruz qaldığını bildirdi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq terror siyasəti barədə ətraflı məlumat verdi, işğal altındakı ərazilərimizin terrorçuluq, separatçılıq, ekstremizm mütəşəkkil cinayətkarlığın müxtəlif formaları baxımından ciddi narahatlıq mənbəyi olduğunu vurğuladı. Cənab İlham Əliyev dünya ictimaiyyəti tərəfindən münaqişələrin beynəlxalq hüququn ümumi qəbul edilmiş normaları prinsipləri çərçivəsində, xüsusilə dövlətlərin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı şərti əsasında həll olunmasına dövlətlərə öz əraziləri üzərində suverenliyinin bərpa edilməsinə yardım göstərilməsinin əhəmiyyətini diqqətə çatdırdı.

Azərbaycanın siyasi xəttində mühüm mövqe tutan bir cəhətə nəzər salaq. Son illərdə enerji təhlükəsizliyi dünyanın ən mühüm məsələlərindən birinə çevrilib. Bu,  hətta bir sıra hallarda beynəlxalq aləmdə cərəyan edən siyasi prosesləri müəyyənləşdirir. Azərbaycanda da bu amilə mühüm önəm verilir ölkəmiz enerji layihələrini tərəfdaşları ilə birlikdə həyata keçirir. İndi respublikamızın təşəbbüsü iştirakı olmadan həmin layihələri reallaşdırmaq mümkün deyil. Enerji sahəsində Azərbaycan postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən nüfuzlu dövlətdir. Məhz elə buna görə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri Cənubi Qafqaz qaz kəməri kimi regional layihələrin uğurla reallaşdırılması dünyada Cənubi Qafqaz regionunun əhəmiyyətini artırıb, qlobal enerji təhlükəsizliyinə mühüm  töhfə verib, Avropa üçün yeni həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoyub. Ümumiyyətlə,  karbohidrogen ehtiyatları ilə strateji coğrafi mövqedə yerləşməsi ölkəmizi əhəmiyyətli enerji mənbəyinə beynəlxalq əhəmiyyətli enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirib. Bu gün Azərbaycan dünyaya sübut edir ki, gələcəyini özü müəyyənləşdirir. Bir az əvvəl vurğuladığımız kimi, bölgədə onun iştirakı razılığı olmadan heç bir qlobal layihə rellaşa bilməz.

Dövlət başçısı Azərbaycanın ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrinin inkişafına da xüsusi əhəmiyyət verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib. Cənab İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə Azərbaycanın tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işə güclü təkan verib. Diqqətəlayiq haldır ki, Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Ölkəmiz təkcə Avropa Asiya ölkələri ilə deyil,  həm Latın Amerikası, Mərkəzi Amerika Afrika dövlətlərilə ikitərəfli əməkdaşlığa diqqət yetirir. İndiyədək Latın Amerikasının bir neçə ölkəsinin rəsmi nümayəndə heyəti Bakıda səfərdə olub, eləcə Azərbaycanın rəsmi şəxsləri həmin ölkələrdə görüşlər keçiriblər. Kolumbiya Meksika parlamentləri tərəfindən  Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilməsi məhz ikitərəfli əməkdaşlığa mühüm önəm verilməsinin bariz ifadəsidir.

Azərbaycanın ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələri mühüm əhəmiyyət daşıyır. Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı bu məqama xüsusi diqqət yetirib, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməyib. Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Qardaş dost Türkiyə ilə əlaqələr daim  yüksələn xətlə inkişaf edir. Həm regionun, həm Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan Türkiyənin siyasi iradəsi ilə gerçəkləşib. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir  layihəyə başlanılıb. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilib. Həmçinin bu gün  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da   uğurla  davam edir. Heç bir xarici şirkətin beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına nəticə etibarilə regional inkişafın sürətlənməsinə gətirib çıxaracaq. Eləcə bununla Azərbaycan qardaş Türkiyənin iqtisadiyyatına böyük həcmdə investisiya qoyur. Başqa sözlə, Azərbaycan-Türkiyə qardaşlığı dostluğu ildən-ilə möhkəmlənir, bu tendensiya dönməz xarakter alır.

İkitərəfli əməkdaşlıqda qonşu Rusiya ilə olan  münasibətlərə mühüm önəm verilir. Azərbaycanın bu ölkə ilə müxtəlif sahələrdə əlaqələri ildən-ilə genişlənir. Hazırda Rusiya respublikamızın əsas ticarət tərəfdaşlarından biridir. Dövət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin on ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard ABŞ dollardan çox  təşkil edib. Onu da xatırladaq ki, Azərbaycan Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əməkdaşlıq əlaqələri yaradıb, onların bəziləri ilə hökumətlərarası sazişlər bağlanılıb. Bu gün qonşu ölkənin 70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir qarşılıqlı ticarət dövriyyəsinin 70 faizindən çoxu bu regionların payına düşür.

Azərbaycanın xarici strategiyasında  nəzərə çarpan məqamlardan biri ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatların nəzərinin Ermənistanın işğalçılıq siyasətinə yönəldilməsi, eyni zamanda,  bu siyasətin beynəlxalq regional sülhə təhlükə törətməsini diqqətə çatdırmaqdır. Son illər NATO, İslam Əməkdaşlıq Təşkilatı Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə dair sənədlər qəbul edilərək ölkəmizin ərazi bütövlüyü, suverenliyi müdafiə olunub sərhədlərinin toxunulmazlığına  hörmətlə yanaşılmanın vacibliyi vurğulanıb. Həmçinin münaqişənin məhz bu əsasda həllinin əhəmiyyəti xatırladılıb. Artıq dünya ictimaiyyətində belə bir fikir formalaşıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca isə münaqişə tərəfləri arasında əməkdaşlıq etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.

Təəssüf ki, Ermənistan hələ status-kvonu qoruyub saxlamaq işğalın nəticələrini əbədiləşdirmək fikrindən əl çəkmir. Halbuki status-kvonun qalması təcavüzkar dövlətə yaxşı heç vəd etmir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "status-kvo vəziyyəti bizim üçün qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir. Ona görə ki, əgər onlar regionda qüvvələrin tarazlığı ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır. Azərbaycanla düşmənçilik etmək bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin müəyyən dərəcədə təhlükəli olacaqdır. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar".

Ermənistanın işğalçılıq  siyasəti mütləq şəkildə məhvə məhkumdur. Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz vahid tərkib hissəsidir. Münaqişənin həllinə nail olmaq iki dövlət arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir. Əks təqdirdə torpaqlarımızın xilası üçün Azərbaycan ordusu, necə deyərlər, öz sözünü deyəcək. Bunun üçün cənab İlham Əliyev ordunun möhkəmləndirilməsinə daim prioritet məsələ kimi yanaşır. Ona görə Ali Baş Komandan İlham Əliyev son on ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət başçısı dəfələrlə birmənalı şəkildə vurğulayıb ki,  "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik. Heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istəyimizə nail ola biləcəyik".

Azərbaycan bu gün  dünyanın ən islahatçı ölkələrindən biri kimi tanınır. Son on ildə iqtisadiyyatımız 3,4 dəfə artıb. Yoxsulluğun səviyyəsi təxminən 10 dəfə-49 faizdən 5,5 faizədək azaldılıb. İşsizlik səviyyəsi təqribən 5 faizdir. Belə dinamika, inkişaf Azərbaycanın Afrika, Asiya Latın Amerikasının ən az inkişaf etmiş ölkələrinin əsas ehtiyaclarına yardımçı olmağa, onların çətinliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməyə, yoxsulluğun aradan qaldırılmasına dəstək göstərməyə şərait yaradır. Son illərdə Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin  20-dən artıq ölkədə müxtəlif yardım proqramlarını həyata keçirməsi, Heydər Əliyev Fondunun  müxtəlif humanitar sosial proqramlar reallaşdırması bunun bariz ifadəsidir.

Azərbaycan dünyada terrorizmə qarşı mübarizədə fəal iştirak edir. 2002-ci ildən etibarən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) ilk qoşulan ölkələrdən biri olan respublikamız tərəfdaşlarının ehtiyaclarına həssaslıqla yanaşaraq,  mürəkkəb daşıma əməliyyatlarına yardım göstərib Əfqanıstan üçün bir sıra mina təmizləmə digər təlim kursları təşkil edib.

Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir xalqımız  Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən  2018-ci ildə digər qədim şəhərimiz olan Naxçıvanın bu şərəfli adı öz üzərinə götürəcəyindən qürur duyur. 2015-ci ildə Azərbaycan ilk dəfə Avropa Oyunlarına 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Bütün bunlar bir daha onu göstərir ki,  bu gün Azərbaycan beynəlxalq regional səviyyədə əsl körpü rolunu oynayır. Sadalananlar bu faktlar həm belə bir həqiqəti təsdiq edir ki,  müstəqil Azərbaycan dövləti beynəlxalq sülhün təhlükəsizliyin təmin olunmasına öz layiqli töhfələrini verir. Heç şübhəsiz, gələcəkdə bu töhfələrin sayı daha da artacaq.

 





30.11.2013    çap et  çap et