525.Az

Dünya ölkələrində koronavirusa yoluxma sayı Çini ötdü


 

Dünya ölkələrində koronavirusa yoluxma sayı Çini ötdü<b style="color:red"></b>

Çindən kənarda koronavirusla yoluxma hallarının ümumi sayı Çin Xalq Respublikasında yoluxma hallarının sayını ötüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilir ki, bununla bağlı rəqəmlər Çin hakimiyyətinin müxbirlər tərəfindən yığılmış rəsmi bəyanatları və 120-dən çox ölkədə ekspertlərin hesablamalarında qeyd edilib.

Hazırda Çində koronavirusa 81 min 28 yoluxma hadisəsi qeydə alınıb, ölkədən kənarda isə 81 min 321 nəfər koronavirus xəstəsidir.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb. 

 





15.03.2020    çap et  çap et