525.Az

Netanyahunun və yaxın ətrafının koronavirusa yoluxmadığı dəqiqləşib


 

Netanyahunun və yaxın ətrafının koronavirusa yoluxmadığı dəqiqləşib<b style="color:red"></b>

İsrailin Baş Nazirinin vəzifələrini icra edən Benyamin Netanyahunun və yaxın ətrafındakı insanların koronavirusla bağlı testləri mənfi nəticə verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin dəftərxanası açıqlama yayıb.

“Baş Nazirin və ətrafındakı insanlardan götürülən analizlər onların heç birinin koronavirusa yoluxmadığını üzə çıxarıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirusa yoluxanların sayının 213-ə çatdığını bildirib. İki xəstənin vəziyyəti ağır qiymətləndirilir, dördü sağalıb və bu vaxta qədər ölüm faktı qeydə alınmayıb.

 





15.03.2020    çap et  çap et