525.Az

ABŞ-ın vitse-prezidenti Ağ Ev əməkdaşlarına müraciət etdi


 

ABŞ-ın vitse-prezidenti Ağ Ev əməkdaşlarına müraciət etdi<b style="color:red"></b>

ABŞ-ın vitse-prezidenti Maykl Pens koronavirusun ölkədə və dünyada yayılması ilə əlaqədar olaraq, Ağ Ev işçilərindən başqaları ilə "fiziki təmaslara" yol verməmələrini və "sosial məsafə"ni qorumalarını xahiş edib.

"Report" "Axios" portalına istinadan xəbər verir ki, müvafiq tövsiyə, ABŞ-ın koronavirusun yayılmasına qarşı mütəxəssislər qrupuna rəhbərlik edən Pensin Ağ Evin işçilərinə göndərdiyi elektron məktubunda yer alıb.

Bundan əlavə, məktubda əlləri mümkün qədər tez-tez yumaq, ofis səthlərini dezinfeksiyaedici maddələrlə silmək, "çoxlu sayda iştirakçı ilə fərdi görüşləri məhdudlaşdırmaq" və özünü pis hiss edəndə işə gəlməmək məsləhət görülür.

Daha əvvəl məlum olub ki, vitse-prezident və ABŞ prezidenti ilə təmasda olan hər kəsin hərarəti ölçüləcək.

 





16.03.2020    çap et  çap et