525.Az

Azərbaycanın Malayziyadakı səfirliyi "Qaynar xətt" yaradıb


 

Azərbaycanın Malayziyadakı səfirliyi "Qaynar xətt" yaradıb<b style="color:red"></b>

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi akkreditə olunduğu ölkələrdə (Malayziya ilə yanaşı,  Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda) yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşları üçün 24 saat açıq olan "Qaynar xətt" yaradıb.

Bu barədə APA-ya Azərbaycanın Malayziyadakı səfirliyindən bildirilib.

Bununla bağlı, səfirliyin sosial media hesablarında bildirilir:

Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

COVID-19 pandemiyası ilə əlaqədar suallarınız olduğu təqdirdə Malayziyadakı səfirliyimizlə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur:

 

Mob: +60172398963 (qaynar xətt)

İş: +60342526800. 

https://www.facebook.com/Embassy-of-the-Republic-of-Azerbaijan-to-Malaysia-1521274738124300/?epa=SEARCH_BOX  

 





16.03.2020    çap et  çap et