525.Az

Koronavirusla bağlı Təcili Yardım Fondunun yaradılması təklif edilib


 

Koronavirusla bağlı Təcili Yardım Fondunun yaradılması təklif edilib<b style="color:red"></b>

Hindistanın Baş Naziri Narendra Modi Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) üzv ölkələri üçün COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edib.

APA-nın xəbərinə görə, N. Modi bölgədə COVID-19 ilə birgə mübarizə aparmaq məqsədilə ortaq bir strategiya tərtib etmək üçün video konfrans vasitəsilə SAARC ölkələrinin rəhbərləri ilə qarşılıqlı müzakirə keçirib.

Bütün ölkələrin könüllü yardımı əsasında COVID-19 Təcili Yardım Fondunun yaradılmasını təklif edən N. Modi Hindistanın bu fond üçün ilkin olaraq 10 milyon ABŞ dolları təklif etdiyini deyib.

Fond, tərəfdaş ölkələrin hər hansı biri tərəfindən təcili görülən işlərin xərcinin ödənilməsi üçün istifadə edilə bilər.

O qeyd edib ki, Hindistan tərəfindən ölkələrin ixtiyarına veriləcək diaqnoz üçün testlər və digər avadanlıqlarla yanaşı həkimlər və mütəxəssislərdən ibarət “Təcili yardım qrupu” da yaradılacaq.

Baş Nazir, qonşu ölkələrin təcili yardım qrupları üçün onlayn təlim qurumlarının yaradılmasını və Hindistanın Xəstəliklərə Nəzarət Portalının tərkibində mümkün virus daşıyıcılarını və onlarla ünsiyyətdə olan insanları izləməyə kömək etmək məqsədilə proqram təminatı barədə də qeyd edib.

O, həmçinin Cənubi Asiya bölgəsində epidemiya xəstəliklərinə nəzarət üzrə tədqiqatları əlaqələndirmək üçün ortaq tədqiqat platformasının yaradılmasının vacibliyini vurğulayıb.

N. Modi əlavə edib ki, COVID-19-un uzunmüddətli iqtisadi nəticələri, daxili ticarəti və yerli valyuta zəncirlərini onun təsirindən qorumaq üçün qısa zamanda bölgənin mütəxəssisləri müzakirələr aparmalıdır.

 





16.03.2020    çap et  çap et