525.Az

Milli Məclisin sabahkı iclasında koronavirusla mübarizə müzakirə ediləcək


 

Milli Məclisin sabahkı iclasında koronavirusla mübarizə müzakirə ediləcək<b style="color:red"></b>

Milli Məclisin sabah keçiriləcək plenar iclasında koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq.

APA-nın məlumatına görə, koronavirus infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qapalı toplantısında da müzakirə olunacaq.

Bundan başqa, sabah Milli Məclisin iclasından öncə digər komitələrin iclasında da analoji müzakirələr aparılacaq.

İclasın gündəliyinə uyğunlaşdırma xarakterli bir sıra qanun layihələrinin salınması da gözlənilir.

 





16.03.2020    çap et  çap et