525.Az

Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır


 

Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır<b style="color:red"></b>

Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat  00:01-dən etibarən bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.

Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib.

Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.

 





16.03.2020    çap et  çap et