525.Az

Böyük alim yaxud elmdə tarix yaradan şəxsiyyət


 

Böyük alim <b style="color:red"> yaxud elmdə tarix yaradan şəxsiyyət</b>

professor, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi,
millət vəkili

Azərbaycan elminin, ümumən intellektual təfəkkür mədəniyyətinin elə nümayəndələri var ki, onların sadəcə adını çəkmək kifayətdir ki, bütöv bir tarix, onun dövrləri, mərhələləri, ümumi xüsusi cəhətləri, fenomenologiyası həmişə doğru qənaətlərə gəlməyə imkan verən ictimai  yaddaş reflekslərini hərəkətə gətirərək xronoloji (  nəticə etibarilə diaxron!)  təsəvvürlərimizi canlandırıb tarixə obyektiv münasibətimizin əsas konturlarını  hər kəsin aydın dərk edəcəyi, həmişə düzgün nəticələr çıxararaq özünü ( ətrafını) sxematik, statistik ( fəlsəfi!) dəqiqliklə dəyərləndirəcəyi bir analitik müəyyənlik təqdim etsin.

Onlardan biri akademik Ağamusa Axundovdur...  Minlərlə tələbələrinin dili ilə desək, Ağamusa müəllimdir ki, onun yaradıcılıq tərcümeyi- halı müasir Azərbaycan dilçiliyi tarixində bir neçə nəslin  ümumi yaradıcılıq tərcümeyi- halının dərk olunmasına imkan verir.

XX əsrin ortalarından başlayaraq Azərbaycan dilçiliyinə kifayət qədər hazırlıqlı, dünya dillərinə ( dilçiliyinə) bu ya digər dərəcədə bələd, araşdırmalarında müasir tədqiqat metodlarına  əsaslanmağa çalışan bütöv bir nəsil gəldi. Onlarla mötəbər tədqiqatçı ilə təmsil olunan Azərbaycan dilçiliyinə yüzlərlə ciddi elmi- tədqiqat işi verən bu nəsil intellektual estafeti  yaradıcılığa həmin əsrin əsasən 30- cu illərindən başlamış sələflərindən- Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə kimi ustadlardan almışdı.  O ustadlardan ki, 30, 40, 50- ci illərin müxtəlif xarakterli siyasi- ideoloji təzyiqlərindən  ( repressiyalarından!) keçərək  elmin, ümumən dünyagörüşün ən milli sahəsini (dilçiliyi!) formalaşdırmış, ən azından onun dialektologiya, dil tarixi, müasir dilin fonetika, leksika,  morfologiya, sintaksis s. bölmələrinin əsaslarını yaratmaqla gələcək tədqiqatçılar üçün möhkəm bünövrə qoymuşdular.

Azərbaycan dilçiliyinə 30- cu illərdə gələn birinci nəsildən fərqli olaraq 50- ci, 60-   illərdə gələn ikinci nəslin bir xoşbəxtliyi onda idi ki,  onlar elmi- ictimai həyatda bir neçə on il öz müəllimləri ilə çiyin- çiyinə addımladılar. beləliklə, birinci  nəslə istedadlı yetirmələrinin  uğurlarını görüb qiymətləndirmək, ikinci nəslə isə müəllim- ustad himayəsində yetişib  formalaşmaq imkanı qismət  oldu.

Müşahidələr ( müqayisələr) göstərir ki, ikinci nəslin birinci nəsildən öyrənib mənimsədiyi ən mühüm xüsusiyyətlər aşağıdakılardan  ibarət idi:

1) mili təəssübkeşlik, yəni ana dilinə sadəcə tədqiqat obyekti kimi  yox, xüsusi ehtiramla, milli özünüdərkin ( özünütəsdiqin!) atributu kimi  yanaşmaq;

2) praktiklik, yaxud geniş miqyas alan dil  quruculuğu proseslərində yaxından iştirak etmək, respublikada dil siyasətinin əsas  konturlarını müəyyənləşdirməyə çalışmaq, ana dilinə olan hər hansı təcavüzə qarşı dayanmaq s.

3) pedaqoji fəaliyyətlə məşgul olmaq, proqramlar, dərsliklər hazırlamaq, dilçi kadrlar yetişdirmək s.

Bununla belə Azərbaycan dilçiliyinin ikinci nəsli, tamamilə təbii olaraq, birinci nəslindən xeyli irəli getdi. Hər şeydən əvvəl, ona görə ki, XX əsrin ortalarından sonra dünyada, eləcə   Sovetlər Birliyində siyasi- ideoloji gərginlik tədricən aradan qalxmağa, elmi fikir mübadiləsinin miqyası genişlənməyə, yeni tədqiqat  istiqamətləri ( metodları) müəyyənləşməyə başlamışdı ki, bu da elmə 50- ci, 60- , 70- ci illərdə gələnlərin dünyagörüşünə əhəmiyyətli təsir göstərməyə  bilməzdi. Qeyd etmək  lazımdır ki, həmin illərdən etibarən Azərbaycan dilçiliyində elmi- nəzəri səviyyə yüksəlməyə başladı. mühüm göstəricilərdən biri o idi ki, Azərbaycan dili ilə yanaşı   müxtəlif türk dilləri, həmçinin Şərqin Qərbin bir sıra əsas dilləri sahəsində nüfuzlu kadrlar meydana çıxaraq milli dilçilik təfəkkürünün dairəsini o zamana qədər görünməmiş bir  şəkildə elə genişləndirdilər ki, hətta dilçiliyin birinci nəsli ilə ikinci nəsli arasında  polemika üçün xeyli mövzular ortaya çıxmağa başladı.

Birinci nəsildən fərqli olaraq ikinci nəsil müqayisəyə  gəlməyəcək qədər daha çox dilçi mütəxəssislə təmsil olundu ki, bunu, sadəcə, kəmiyyət  göstəricisi hesab etmək, fikrimizcə, doğru olmazdı. Birinci növbədə ona görə ki, hər bir dilçi- mütəxəssisin şəxsində  Azərbaycan dilçiliyinə bu ya digər dərəcədə fərqli tədqiqat üsulları ( üslubları!), yeni mövzular, hətta bütöv dilçilik sahələri gəldi. Əlövsət Abdullayev, Zərifə Budaqova, Səlim Cəfərov, Hadi Mirzəzadə, Yusif Seyidov, Məmməd Tağıyev, Zemfira Verdiyeva, Afad Qurbanov, Oruc Musayev, Musa Adilov, Tofiq Hacıyev, Vaqif Aslanov, Nəsir Məmmədov, Fərhad Zeynalov, Samət Əlizadə, Məmməd Qasımov, Vasim Məmmədəliyev, Mirzə Rəhimov, Həsən Mirzəyev, Zinyət Əlizadə, Abdulla Vəliyev, Əliheydər Orucov, Muradxan Cahangirov, Əbdürrəhman Cavadov, Müseyib Məmmədov, Musa İslamov, Əvəz Sadıqov, Əbülfəz Rəcəbli, Türkan Əfəndiyeva, Rəhilə Məhərrəmova, Həsrət Həsənov, Fəxrəddin Yadigar, Qəzənfər Kazımov... kimi onlarla dilçinin yüzlərlə kitabları, minlərlə məqalələri Azərbaycan dilçiliyinin  inkişafında, heç şübhəsiz, əhəmiyyətli rol oynadı.

Akademik Ağamusa Axundov yaşca bu dilçilərin  çoxundan cavan olsa da, yaradıcılığının miqyasına ( keyfiyyətinə!) görə daha önə çıxdı.   ümumiyyətlə, o, Azərbaycan dilçilərinin, haqqında söhbət gedən  ikinci nəslinin lideri hesab olunur ki,  burada böyük bir həqiqət var.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Ağamusa Axundov müasir Azərbaycan dilçiliyinin  banilərindən professor Muxtar Hüseynzadənin tələbəsidir. dünya dilçiliyini qədər dərindən öyrənib mənimsəmiş olsa da, başdan ayağa tamamilə milli bir məktəbin yetirməsidir. Əlbəttə, dərin fitri zəkası,  genişmiqyaslı elmi- ictimai fəaliyyəti, mükəmməl şəxsiyyəti ( zamanın hökmü!) elə şərait yaratmışdır ki, Ağamusa Axundov nəinki böyük müəllimlərindən irəli getmiş, hətta  mənsub olduğu dilçilər nəsil- ordusuna komandanlıq eləmişdir. cəsarətlə  demək olar ki, o, Azərbaycan dilçilərinin 70- ci, 80- ci illərdə formalaşan üçüncü nəsli üçün həmişə örnək olmuşdur. Təsadüfi deyil ki, Aydın Məmmədov, Kamil Vəliyev, Kamal  Abdulla, Nizami Xudiyev, Nizami Cəfərov, Məmmədəli Qıpçaq, Buludxan Xəlilov, Əzizxan Tanrıverdi, Tofiq Müzəffəroğlu... kimi üçüncü nəsil dilçilərin təfəkkürünə, üslubuna Ağamusa Axundovun heç zaman silinməyəcək təsiri vardır.

Bu təsir yalnız böyük alim- müəllimin yaradıcılığının zənginliyi, yüksək elmi- metodiki səviyyəsi ilə bağlı deyil, həm onunla əlaqədardır ki, Ağamusa müəllim həmin zənginliyə ( səviyyəyə) çox gənc yaşlarında nail olaraq tezliklə tələbələrinin kumirinə, hətta demək olar ki, uzunmüddətli təqlid obyektinə çevrilmişdir.

Azərbaycanda dilçilik elmi qədər inkişaf etsə , nüfuzlu dilçilərin sayı qədər çox olsa da, akademik Ağamusa Axundovun adı xüsusi ehtiramla çəkilir. Hamı etiraf edir ki, o, birincidir, Allah vergisidir, canlı klassikdir... onun təfəkküründə intəhasızlıqla yanaşı riyazi dəqiqlik, mükəmməl harmoniya mövcuddur.

Ağamusa Axundov yaradıcılığa Azərbaycan dilçiliyinin ənənəvi sahəsi olan qrammatikadan başlamışdır. Ancaq  felin zamanlarına həsr olunmuş  kifayət qədər maraqlı araşdırmalarından sonra fonetikaya keçmiş,  həmin sahədə dünya miqyasında təqdir olunan ( elmimizə böyük şöhrət gətirən) əsərlərini yaratmışdır. Ümumiyyətlə, alimin Azərbaycan dilinin fonetikasına həsr edilmiş araşdırmaları onun yaradıcılığında ən  məhsuldar istiqamət sayıla bilər.   Müasir Azərbaycan ədəbi dilinin fonetikası” (1963), “Müasir Azərbaycan ədəbi dilinin fonetikasından mühazirələr” (1969), “Azərbaycan dilinin  fonemlər sistemi (Fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” (1973), “Azərbaycan dilinin tarixi fonetikası” (1973), “Azərbaycan dilinin fonetikası” (1984) s.  kitabları, eləcə onlarla dərin məzmunlu məqalələri bunu  deməyə əsas verir. Elmi nəzəri ümumiləşdirmələrin  kamilliyi,  müasirliyi miqyası ilə  seçilən bu əsərlər müəllifin  dilçilik tarixi, nəzəriyyəsi metodları sahəsindəo zaman (elə indi !) Azərbaycan  dilçiliyi üçün yeni olan ümumi  dilçilik sahəsində  mütəxəssis səviyyəsinə yüksəldiyini göstərirdi. təsadüfi olmadı ki,  yalnız Azərbaycanda  deyil, ümumən türk dünyasında ən dəyərli əsərlərdən biri kimi məşhurÜmumi dilçilikdərsliyini (1979) məhz Ağamusa Axundov yazdı. Bir neçə dəfə nəşr edilən bu mükəmməl dərslik artıq neçə on illərdir ki, Azərbaycanda yüksək ixtisaslı dilçi kadrların hazırlanmasına, xüsusilə onların elmi- nəzəri, metodoloji səviyyəsinin yüksəlməsinə demək olar ki, həlledici təsir, alternativsiz xidmət göstərməkdədir. əminəm ki,  hələ neçə on illər təravətini  itirməyəcəkdir.

Ağamusa Axundovun elmi  maraq dairəsinə daxil mühüm sahələrdən biri üslubiyyat, ümumən nitq mədəniyyəti məsələləridir ki, bu sahədə həqiqətən gözəl əsərlər yaratmışdır. “Dil üslub məsələləri” (1970), “Şeir sənəti dil” (1980), “Dilin estetikası” (1985), “Dil mədəniyyət” (1992) s.  kitabları elə əsərlərdir ki,   hər birinin nəşri  öz dövrü üçün hadisə idi. Bütövlükdə  isə, ədəbi- ictimai mühit bu əsərlərdə adı çəkilən, əsərlərindən sitat gətirilən hər bir qələm əhlinin  haqqında deyilən mötəbər sözü gözləyir, özü ( ədəbi- ictimai proses!) barədəki cari mövqeyi müəyyənləşdirirdi. Çünki sıradan bir uslubiyyatçı yox, Ağamusa Axundov söz deyirdi.

O Ağamusa Axundov ki, dili söz kəsəndən demişdisə, düz demişdi; əlinə qələm alandan yazmışdısa, düz  yazmışdı. mükəmməl demiş, mükəmməl yazmışdı...

Hələ tələbə ikənAzərbaycan (indiki Bakı) Dövlət Universitetinin Elmi Əsərlərində çap  olunmuşKürsözünün  etimologiyası haqqındaməqaləsində (1956) göstərmişdi ki, Azərbaycan elminə vaxtsaTorpağın köksündə tarixin izləri” (1983) ilə gedəcək bir tədqiqatçı gəlir... Sonralar toponimikadan çox adamlar yazdı, ancaq Ağamusa Axundovun yazdıqları bütünnöqsanları ilə birlikdə etalon oldu. Ona görə yox ki, akademik nüfuz sahibi idi; ona görə ki, ana dilinin  fenosemantikasını akademik səviyyədə  nəinki bilirdi, həm elmi ehtirasla hiss edirdi, duyurdu.

Ağamusa Axundov öz böyük müəllimlərinin yolu ilə gedərək ( tələbələrinə nümunə göstərərək!) dilçiliyi öyrənilən ( öyrədilən!) elm miqyasından  ictimai- siyasi ( ideoloji!) özünütəsdiq meydanına  çıxardı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onu bir  nömrəli dilçi kimi müstəqil Azərbaycan Konstitusiyasını hazırlayan Komissiyanın tərkibinə daxil etdi ki,  bu, hər hansı bir dilçi üçün tarixi dəyər idi.

Ümummilli lider, heç şübhəsiz, Ağamusa Axundovu yaxşı tanıyırdı. Onun elminə, məntiqinə, ictimai- siyasi dünyagörüşünə bələd idi. bilirdi ki, ən mübahisəli ( kritik!) anlarda da həqiqəti deməkdən çəkinməyən bu böyük alim (şəxsiyyət!) mənsub olduğu millət üçün ancaq ( ancaq!) fayda verə bilər.

Gənc yaşlarından uzun illər Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə, sonra həmin Universitetin Ümumi dilçilik kafedrasına, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna, nəhayət,  Akademiyanın akademikkatiblərindən biri kimi Azərbaycan elminin ictimai- humanitar sahələrinə rəhbərlik edən Ağamusa Axundovun elmi- ictimai fəaliyyəti,  yaradıcılıq ( həyat!) təcrübəsi göstərdi ( bundan sonra həmişə göstərəcək!)  ki, böyük təfəkkür ( şəxsiyyət!) nəyə qadirdir, elmdə tarix necə yaradılır...

 





02.12.2013    çap et  çap et