525.Az

Erkən nigah və insan alveri ilə bağlı keçirilən təlim başa çatdı


 

                         Erkən nigah və insan alveri ilə bağlı keçirilən təlim başa çatdı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin Maarifləndirilməsinə  və İnkişafına Dəstək İctimai Birliyinin "Uğurlu gələcək naminə" layihəsi çərçivəsində daha bir təlim başa çatıb.

525.az-ın məlumatına görə, Bakıda keçirilən erkən nigah və insan alveri barədə iki günlük təlim kursu 30 noyabr-1 dekabr tarixində baş tutub.

Təlimdə iştirak edən 35 gəncə erkən nigah və insan alverinin hüquqi, tibbi və psixoloji tərəfləri barədə məlumat verilib. Təlim kursunun sonunda iştirakçılara sertifikatlar verilib.

 





02.12.2013    çap et  çap et