525.Az

Bakının mərkəzində 7 maşın toqquşub, yaralananlar var


 

Bakının mərkəzində 7 maşın toqquşub, yaralananlar var <b style="color:red"></b>

Bu gün axşam saatlarında Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektində, Qız qalasının qarşısında qeydə alınıb. Qəzaya avtomobillərdən birinin qarşıdakı hərəkət zolağına çıxması səbəb olub. Əks istiqamətdə hərəkət edən iki maşının toqquşmasından sonra daha 5 maşın bir-birinə dəyib.
 
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar müxtəlif xəsarətlərlə Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 

 





03.12.2013    çap et  çap et