525.Az

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar


 

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar<b style="color:red"></b>

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə cəbhənin Xocavənd istiqamətində qeydə alınıb.
 
Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Əlisi Firdovsi oğlu Muradov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Qeyd edək ki, Ə. Muradov Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

 





03.12.2013    çap et  çap et