525.Az

Mobil nömrələrin daşınması 2014-cü ilin əvvəlində mümkün olacaq


 

Mobil nömrələrin daşınması 2014-cü ilin əvvəlində mümkün olacaq<b style="color:red"></b> Azərbaycanda mobil rabitə operatorlarının şəbəkələrində mobil nömrələrin daşınması xidməti yanvarın ilk günlərində əlçatan olacaq.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, artıq mobil rabitə operatorları bu xidmətin işə salınmasına hazır olduqlarını bildiriblər: "Güman edirəm ki, bu xidmətin tətbiqi gələcəkdə bazarda rəqabətin güclənməsinə xidmət edəcək ki, bu da öz növbəsində mobil rabitə xidmətləri üzrə tariflərin azalmasına kömək edəcək".
 





03.12.2013    çap et  çap et