525.Az

“Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulmayıb”


 

“Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulmayıb”<b style="color:red"></b>

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata  buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

 

 





23.03.2020    çap et  çap et