525.Az

Xalid Taimur Akram işğal olunmuş ərazilərimizdə planlaşdırılan "seçki"ni pislədi


 

Xalid Taimur Akram işğal olunmuş ərazilərimizdə planlaşdırılan "seçki"ni pislədi<b style="color:red"></b>

Pakistanın aparıcı beyin mərkəzi olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qanunsuz seçkiləri pisləyən bəyanat yayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən verilən məlumata görə, Xalid Taimur Akram Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının ölkəmizin təhlükəsizliyi üçün nəzərəçarpan təhdidə səbəb olduğunu deyib. 

O qeyd edib: "Azərbaycan regionda böyük əhəmiyyətə malik ölkədir. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət və vasitəçilik səylərinin göstərilməməsi bu iki ölkə arasında münaqişənin kəskinləşməsinə, bununla da Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməməsinə səbəb ola bilər".

Mərkəzin rəhbəri Ermənistanı və onun müttəfiqlərini Dağlıq Qarabağda xaos yaratdıqları, minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə səbəb olduqları üçün sərt tənqid edib. Bildirib ki, Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməmişdən əvvəl Azərbaycanın çox yaxşı inkişaf etmiş regionlarından biri olub, lakin indi burada vəziyyət durğundur.

"Qanunsuz nəzarət region üçün heç bir fayda verməyib. Mən beynəlxalq medianı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına və çox sayda azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə diqqət ayırmağa çağıram. Azərbaycan xalqının təhlükəsizliyinin və suverenliyinin təmin edilməsi üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən tez bir zamanda çıxarılmalıdır", - deyə o əlavə edib.

S.QARAYEVA

 





23.03.2020    çap et  çap et