525.Az

Ovçu (hekayə)


 

Ovçu <b style="color:red">(hekayə)</b>

Qaş qaralır,axşam düşürdü.Yoldan-rizdən əl-ayaq yığışırdı.Bütün günü yem dalınca qanad çalan quşlar da öz yuvalarına qayıdırdı.Bayaqdan bəri narahat olan Sayalının əlləri görsədə fikri-xəyalı Silyanın yanında qalmışdı.

Sayalı öz-özünə danışır daha doğrusu deyinirdi.Hava qaralır,şər qarışır,ay Allah,bu binəva görəsən harada qaldı, başına bir gəlməyib ki.Axı həmişə bu vədə işdən qayıdırdı.Ağzında bir fərli dili yoxdu ki,özünə gün ağlaya bilsin?!

Əslində Silyanın ağzında dili var idi.Sakit,fağır,dinməz adam olduğu üçün o,həmişə Sayalının qınağına tuş gəlirdi.Bax, buna görə Sayalı çox narahat idi sinəsinin altında ürəyi nanə yarpağı kimi əsim-əsim əsirdi.

Silyanın həyat yolu heç hamar olmamışdı.Ailələri çox böyük idi.Atası kənddəki, kolxozda suçu işləyir,külfətini güc bəla ilə dolandırırdı.Buna görə Silyan orta məktəbi qurtaran kimi qollarını çırmalayıb işləməyə başlamışdı.Onu hər işə buyururdular.Əlləri qabar-qabar olmuşdu,buna baxmayaraq ən ağır işin öhdəsindən gəlirdi.Silyan toyunu da özü etmişdi,balaca bir yığıncaq düzəldərək el adətiylə Sayalını öz daxmasına gəlin gətirmişdi.Aylar-illər ötüb keçdikcə onların balaca daxmasında körpə səsi eşidilirdi. Dörd-beş il bundan əvvəl tale Silyanın üzünə qəflətən gülmüşdü.

Həmin gün rayon mərkəzinə gedən Silyan raykomun binasının yanından keçəndə görür ki,su raykomun həyətini basıb.Ətrafda da heç kəs gözə dəymir.Bağdan beli götürərək tez suyu ağacların dibinə yönəldir.Başı aşağı işlədiyi yerdə raykomun birinci katibinin onun yanında durub tamaşa etdiyini görməyib. Raykom katibi bir qədər təəccüblə ondan soruşur ki,sən kimsən burda edirsən?!Silyan raykom katibini tanımasa da çox ədəblə ona bildirir ki,su başsız qalmışdı.Gördüm heç kəs yoxdur,ona görə suyun qabağına durdum.Silyanın bu hərəkəti raykom katibinin xoşuna gəlir onu öz kabinetinə dəvət edir.Ömründə ilk dəfə yüksək mənsəbli adamın kabinetinə girdiyi üçün onu tər basmışdı.Təntiyib qalmışdı.Birinci katib özü əyləşəndən sonra ona da yer göstərdi.Birinci katib telefonun düyməsini basaraq kiməsə yanına gəlməyi tapşırdı sonra Silyandan soruşdu:

,indi de görüm,kimsən,hansı kənddənsən, işlə məşğul olursan?

Birinci katibin mehriban danışığı Silyanın həyəcanını xeyli azaltdı özünü cəmləyib yavaşca dedi:

Qadan alım, ay müəllim,kolxozda işləyirəm,Söyüdlü kəndində yaşayıram,evliyəm,üç uşağım var.Əgər səhv etmişəmsə,məni bağışlayın.

Birinci katib Silyanın sözlərinə gülümsəyərək dedi:

İndi sənin kimi vicdanlı adamı tapmaq çox çətindir,hərəkətin xoşuma gəlib.De görüm raykomun bağında bağban işləyərsənmi?

Katibin təklifi Silyanı çaşdırdı,bilmədi ona cavab versin.Elə bu zaman kabinetin qapısı açıldı ortaboylu,kök bir kişi içəri daxil oldu.

Çingiz,bu oğlan təzə bağbanımızdır, görəcəyini ona başa sal,axşam evinə gedəndə isə uşaqlarına ərzaq bağlaması verərsən.

Silyan karıxdığından birinci katibə minnətdarlıq edə bilmədi.Silyan öyrəndi ki,Çingiz deyilən şəxs birinci katibin köməkçisidir çox qaraqabaq adama oxşayırdı.Silyan axşama kimi təzə işi ilə məşğul oldu,ağaclara qulluq etdi.Təzə işi lap ürəyindən olmuşdu,çox sevinirdi,bu xoş xəbəri Sayalıya çatdırmaq üçün uçmaq istəyirdi.Axşam birinci katibin köməkçisi ona bir kağız verərək başa saldı ki,küçənin qarşı tərəfindəki mağazanın satıcısına verərsən.İki dolu zənbil ərzaq alan Silyan gözlərinə inanmadı yüyürək addımlarla kəndə sarı yola düşdü.

Həmin axşam onların evində əsl toy-bayram oldu,Sayalı sevincindən quş kimi uçmaq istəyirdi.Sizə zarafat gəlməsin,onun ərinin raykomda işə düzəlməsi Sayalının qəlbini qürur hissi ilə doldurmuşdu.Səhərin tez açılmasını gözləyirdi ki,qonum-qonşuya desin ki,bəs Silyan raykomda işə girib,şəxsən birinci katib onu işə qoyub.Səhəri gün Siyanın raykomda işə girməyi kəndə çox tez  yayıldı hərə bir cür fərziyyə desə , heç kəs əsl həqiqətin necə olduğunu bilmədi.

Silyan ona göstərilən etimadı doğrultmaq üçün var qüvvəsini sərf edərək çalışırdı.Raykomun bağını cənnətə döndərən Silyan ağaclara öz övladı kimi qulluq edirdi,güllərin nazını çəkirdi.Bağda lap balaca da olsa, bir alaq qalmamışdı,Silyan torpağı un kimi ələmişdi.Onun işi göz oxşayırdı.Ağacların dibini belləyəndən sonra Silyan kölgədə oturub dincini alırdı.Bu zaman raykomda keşik çəkən milis nəfəri qaça-qaça gəlib Silyana dedi ki,birinci katib səni çağırır.Sözün düzü bu xəbər onun heç xoşuna gəlmədi buna baxmayaraq ayaqlarını sürüyərək getdi.Birinci katibin köməkçisi,kök,tosun kişi onu kabinetin qapısının ağzında gözləyirdi.Köməkçi hətta onun üstünə çımxırdı:-üst-başını səliqəyə sal,pencəyinin qolunu təmizlə,ayaqqabını sil.

Silyan onun dediklərini yerinə yetirəndən sonra birinci katibin kabinetinin qapısını yavaşca döydü.Əslində Silyan cansız qapını deyil,elə bil öz ürəyini döyəcləyirdi.Birinci katib onu gülər üzlə qarşılayıb Silyana dedi ki,raykomun binasının qarşısındakı heykəli görmüsənmi?!Silyan yavaşca başını tərpədib bildirdi ki,görmüşəm.

Lap yaxşı.O heykəl proletariatın dahi rəhbəri,yoldaş Leninin heykəlidir-deyən birinci katib başını qaşımağa başladı.Araya bir sükut çökdü.Silyan hələ birinci katibin ona deyəcəyini kəsdirə bilmirdi ona görə narahat olurdu.Birinci katib qəfildən Silyandan soruşdu ki,ovçuluğu bacarırsanmı?Silyan tez dedi ki,yoldaş katib,babam pələ qulaq Kazım mahir ovçu olub quşu düz gözündən vura bilib.Onun məharətindən az da olsa mənə keçib.

Silyanın cəsarəti birinci katibin xoşuna gəldiyi üçün ona etibar etməkdə haqlı olduğunu düşündü.

Onda qulaq as,yoldaş Leninin heykəlinin başına bir neçə səyləntə quş qonur heykəli batırırlar.Ona görə bu çox vacib məsuliyyətli işi sənə tapşırıram.Yoldaş Leninin heykəlini o səyləntə quşlardan qoruyacaqsan.İndi köməkçim sənə bir dənə təklülə tüfəng patron verəcək,çalış çox güllə atmayasan.Elə ki,gördün o sitizə quşlar əl çəkmir onda onları güllələyərsən.

Birinci katib bütün təlimatları verəndən sonra bir Silyana dedi: –heykəli sənə tapşırıram,ondan muğayat olarsan.

Silyan bu vacib məsuliyyətli tapşırığın icrasına başladı.Tüfəngi lüləsi aşağı çiynindən asaraq heykəlin yanına gəldi.Həqiqətən heykəlin başına xeyli quş qonmuşdu Silyan başa düşdü ki,bu quşlar birinci katibin dediyi həmin səyləntə quşlardı. Silyan əvvəlcə quşları kişdəməyə başladı quşlar dərhal uçub getdilər.Quşların bu hərəkəti Silyanın xoşuna gəldi o öz-özünə dedi ki,əşi bunlar çox abırrı-həyalı quşlardır ki? Günlər bu minvalla ötüb keçirdi.Silyan öz postunda möhkəm dayanmışdı.O qədər sərvaxt idi ki,quşlar heç heykəlin həndəvərinə belə yaxın gələ bilmirdilər.

Silyanın arvadı Sayalının əli-ayağı yerə dəymirdi.Yerişini,duruşunu belə dəyişmişdi.Bulaq başında arvadları salırdı çənəsinin altına onlara deyirdi ki,heç xəbəriniz var ki,yoldaş Leninlə Silyanın qohumluğu var.Dədəmin goru haqqı o kişinin qohumları raykoma ismarıc yollayıblar ki,bizim qohumun heykəlini ancaq Silyan qorumalıdır.Raykom katibi ,Siyanı yanına çağırıb deyib ki,qadan alım,bizi üzürrü hesab elə,bizi bağışla,qanacaqsızlıq etmişik.Silyan anası ölmüşdə ürəyi çox yumşaq olduğu üçün onnarı bağışlayıb.Arvadlardan kimsə qayıdıb ki,ay Sayalı, Lenin rusdu,o hardan Silyanın qohumu ola bilər?Sayalı bu sözlərdən sonra cin atına minərək deyib ki,Silyanın pələ qulaq babası Kazımla Lenin sürgündə bir yerdə olublar.Bir dəfə Lenin azarrıyır Kazıma deyir ki,dünyanın işini bilmək olmaz,ölüb eləsəm,məni özün dəfn edərsən.Bu qərib yerlərdə mənim yeganə qohumum sənsən ay Kazım.İndi bildinmi ay çəpər serçəsi.Sayalı bu sözləri bayaq sual verən qadına deyərək getmişdi.

Günlərin bir günü,axşamtərəfi Silyana tapşırıq gəlib ki,bəs rayona yoxlama gələcək,ona görə heykəli yaxşı qoru.Tərslikdən elə bu zaman bir dəstə qarğa gəlib düz heykəlin başına qonub.Silyan qədər kişləsə quşlar onu veclərinə almayıblar.Silyan tüfəngi sinəsinə basaraq heykəlin düz baş tərəfinə bir güllə atır.Quşlar uçub getsələr çox ağır bir hadisə baş verir.Güllə yoldaş Leninin heykəlinin sağ qulağını qoparıb yerə salır.Silyan əvvəlcə, heç anlamasa da, sonra başa düşdü ki,çox ağır görüb. Onu soyuq tər basdı.Başıalovlu özünü köməkçiyə çatdıran Silyan ağlamsınaraq, yoldaş Leninin heykəlinin sağ qulağını güllə ilə vurub yerə saldığını ona bildirdi.Köməkçinin ağappaq ağardığını görəndə Silyanın ürəyi guppultu ilə ayaqlarının altına düşdü.Köməkçi qışqırdı:-ay zırrama,sən etmisən,yoldaş katib eşidən kimi dərinə saman təpəcək.Yoxlama heykəli belə görsə onda yerin dəmir barmaqlıqlar arasında olacaq.

Silyan köməkçiyə yalvarırdı,ona kömək etməyi,onu bu qəfil bəladan qurtarmaq üçün ondan yardım istəyirdi.Gecə düşmüşdü.Köməkçi harasa zəng edəndən sonra ona dedi ki,qonşu kənddə yoldaş Leninin heykəli var,icazə almışam,get o heykəlin başını qopart gətir bura.Silyan qaranəfəs yola düşdü.Gecədən xeyli keçmiş həmin kəndə çatdı.Heykəlin başını qopartmaq üçün xeyli əlləşdi.Qan-tər içində heykəlin başını qoparan Silyan az qala qaşa-qaça geri qayıtdı.Bir vedrə əhəng ilə qonşu kənddən qoparıb gətirdiyi başı ağardandan sonra onu güllə ilə vurub sağ qulağını yerə saldığı heykəlin üstünə yapışdırdı.Silyan işini qurtaranda dan yeri sökülürdü.Günəş üfüqdən boylanırdı.Silyan xatadan qurtula bildiyi üçün sevinirdi.Bir qədər vaxt keçəndən sonra Silyan gördü ki,birinci katiblə bir nəfər heykələ sarı gəlirlər.Tez bir kənara çəkildi.Birinci katiblə yoxlama heykəlin qarşısında dayanıb ona baxırdılar. Silyan gördü ki,birinci katib pörtüb, yoxlama isə gülə-gülə ona deyir ki, yoldaş Leninin iki kepqasının olduğunu burda gördüm.Sən deməyəsən Silyanın gecə qonşu kənddən qoparıb gətirdiyi baş kepqalı olub. Raykomun qarşısında Silyanın güllə ilə sağ qulağını yerə saldığı heykəlin isə sol əlində kepqa varıymış.

Silyan suyu süzülə-süzülə evinə gəldi.Sayalı onu sevinclə qarşılayaraq dedi ki,qavağında ölüm, ay Silyan, gejə evə niyə gəlməmişdin?Silyan isə key-key onun üzünə baxır tez-tez kiş-kiş deyirdi...

 





03.12.2013    çap et  çap et