525.Az

Abel Məhərrəmov Cəmil Həsənlinin işdən çıxarılmasına münasibət bildirib


 

Abel Məhərrəmov Cəmil Həsənlinin işdən çıxarılmasına münasibət bildirib<b style="color:red"></b>

 Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlinin universitetdən uzaqlaşdırılmasına münasibət bildirib.

APA-nın məlumatına görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, C.Həsənli xəstəliyi ilə əlaqədar 2 il əvvəl öz ərizəsi ilə universitetdən çıxsa da, universitet rəhbərliyi məsləhət bilib ki, aspirant və magistrantlarla dərs aparsın.
 
A.Məhərrəmov bildirib ki, C. Həsənlinin bunu davam etdirməyə də imkanı olmayıb: “Bir il dərs apardı, amma növbəti il dərs aparmağa gəlmədiyi üçün kənarlaşdırıldı”.

 





03.12.2013    çap et  çap et