525.Az

“İstehsalı dayandırmaq hələlik gündəlikdə deyil”


 

“İstehsalı dayandırmaq hələlik gündəlikdə deyil”<b style="color:red"></b>

“İstehsal sahələrində insanların izolyasiyası, istehsalı dayandırmaq hələlik gündəlikdə deyil”.

APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, istehsal müəssisəsində yoluxma təhlükəsi olan zaman müəssisə rəhbərləri müvafiq addım ata bilərlər: “Situasiya belədir ki, həm virusla mübarizə aparılmalı, həm də ticarət, iqtisadi əlaqələr sazlanılmalıdır. Bunun çətinliyi bundadır. Zəruri tədbirlər görülərsə, istehsal prosesində də insanların təhlükəsizliyini təmin etmək olar”.

 





23.03.2020    çap et  çap et