525.Az

BDU-da Rəsulzadəyə heykəl qoyulacaqmı?


 

BDU-da Rəsulzadəyə heykəl qoyulacaqmı?<b style="color:red"></b> “Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması Təhsil Nazirliyində və digər müvafiq qurumlarda müzakirə olunacaq. Mən əvvəllər də demişəm, Xalq Cümhuriyyətinin qurucularının adı tarixiləşməlidir. Onlara heykəllər qoyulmalı, haqlarında kitablar yazılmalıdır”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib.
BDU-nun həyətində Rəsulzadəyə heykəl qoyulma ehtimalından danışan rektor deyib ki, universitet hazırda heç kimin adını daşımır, bu səbəbdən də onun həyətində kiməsə heykəl qoyulması doğru deyil:

“Rəsulzadənin heykəli o universitetdə qoyular ki, orada onun adı olsun. Ancaq reallıq baxımından demək lazımdır ki, Xalq Cümhuriyyətinin qurucuları Bakı Dövlət Universitetinin də yaradılmasında tarixi xidmət göstəriblər. Universitetin yaradılması zamanı təqribən 40 gün parlamentdə müzakirələr gedib”. 

A. Məhərrəmov deyib ki, Xalq Cümhuriyyətinin qurucularına hansısa abidə qoyulması mümkündür: “Konkret Məhəmməd Əmin Rəsulzadəyə, yoxsa Xalq Cümhuriyyətinin qurucularına ümumi bir abidə qoyulacağı məsələsi də müzakirələrdən sonra öz həllini tapacaq”
 





03.12.2013    çap et  çap et