525.Az

İctimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat azaldıldı


 

İctimai-iaşə müəssisələrinin iş vaxtı daha 3 saat azaldıldı<b style="color:red"></b>

Azərbaycanda ictimai-iaşə müəssisələrinin iş müddəti bu gündən daha 3 saat azaldılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejimində əksini tapıb.

Qeyd edək ki, koronavirus (COVİD-19) pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Bununla əlaqədar ictimai-iaşə müəssisələrinə də yeni iş rejimi tətbiq olunub. Müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara isə məhdudiyyətsiz icazə verilib.

Bundan əvvəl martın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilmişdi.

Qeyd edək ki, ictimai-iaşə müəssisələrinə kafe, restoran, çayxana, internet klubları, bərbərxana və insanların toplaşdığı digər ictimai-iaşə müəssisələr daxildir.

 





24.03.2020    çap et  çap et