525.Az

Yaxın üç gün ərzində temperatur yüksələcək


 

Yaxın üç gün ərzində temperatur yüksələcək<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın üç gün ərzində ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.

Departamentdən APA-ya verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək, Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13 dərəcəyədək isti olacaq.

 

 





24.03.2020    çap et  çap et