525.Az

Satış obyektlərində dezinfeksiya edilməsi vacib olan sahələr açıqlandı


 

Satış obyektlərində dezinfeksiya edilməsi vacib olan sahələr açıqlandı<b style="color:red"></b>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq məhsullarının satışının həyata keçirildiyi müəssisələrdə (topdan və pərakəndə satış obyekti, bazar, yarmarka və s.) dezinfeksiya edilməsi vacib olan sahələri açıqlayıb.

AQTA-dan APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair hazırladığı metodiki göstərişdə məlumat verilib.

Məlumatda bildirilir ki, ərzaq məhsullarının satışının həyata keçirildiyi müəssisələrdə dezinfeksiya edilməsi vacib olan sahələr giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər); müəssisənin qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər); istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər); məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər); çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər); döşəmələr (xlor tərkibli məhlul və ya digər); soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər); soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər); sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər); anbarlar (xlor tərkibli məhlul və ya digər); tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər); tullantı qabları (spirt tərkibli məhlul və ya digər); ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər) və kassada yerləşən konveyerlərdir (spirt tərkibli məhlul və ya digər).

 





24.03.2020    çap et  çap et