525.Az

Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm faktı qeydə alınıb


 

Səudiyyə Ərəbistanında koronavirusdan ilk ölüm faktı qeydə alınıb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanında COVID-19 virusundan ilk ölüm faktı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən mətbuat konfransında məlumat verilib.

Qeyd olunub ki, bu ölkədə koronavirusa yoluxma halları da artaraq 767 nəfərə çatıb.

İki Müqəddəs Məscidin Xadiminin İdarəsinin rəhbəri Şeyx Əbdülrəhman bin Əbdüləziz Əl Səudun göstərişi ilə Məkkə şəhərindəki Böyük Məscidin qapıları da bağlanılıb. Bundan əvvəl Səudiyyə Ərəbistanı Ümrə ziyarətini də qadağan etmişdi.

 





24.03.2020    çap et  çap et