525.Az

Polis vətəndaşların sağlamlığının qorunmasına xidmət edir


 

Polis vətəndaşların sağlamlığının qorunmasına xidmət edir<b style="color:red"></b>

Paytaxt polisi koronavirus infeksiyasına qarşı profilaktik tədbirlər çərçivəsində fəaliyyətini davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report" verilən məlumata görə, həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

"İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejiminin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar"-deyə, məlumatda qeyd olunub.

 





24.03.2020    çap et  çap et