525.Az

İnsan inkişafı dövlət siyasətinin əsasıdır


 

İnsan inkişafı dövlət siyasətinin əsasıdır <b style="color:red"></b>

BMT: "Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkədir"

 Hər şey insanın üzərindədir. İnkişaf da, məğlubiyyətdə. Cəmiyyətin normal olub olmaması həmişə insanla, onun sağlamlağı, əqli, zehni, fiziki sosial rifahı  ilə ölçülür. Azərbaycan  dövlət müstəqilliyini bərpa edəndən sonra birinci növbədə onun  siyasətinin baş mövzusu  Səməd Vurğunun dili ilə desək, "dünyanın əşrəfi"  böyük insan oldu. Tarix göstərir ki, öz vətəndaşının qeydinə qalmayan dövlət heç bir sahədə  uğur qazana bilməz. Azərbaycan dövlətinin baş memarı Heydər Əliyev hakimiyyətə  ikinci qayıdışında  cəmiyyət insanının sosial, mədəni  fiziki bəlalarını gördü birinci növbədə o bəlaları  sağaltmağa başladı.

Ulu Öndərimiz Heydər Əliyev bütün gücünü insan kapitalının inkişafına sərf edirdi. Hələ sovet dönəmində Azərbaycan gənclərinin SSRİ-nin böyük şəhərlərinə təhsil almağa getmələrinə yol açırdı  onları təntənəli şəkildə yola salanda öz dəyərli  tövsiyələrini verirdi. İndi bu gün həmin gənclər  ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına öz layiqli töhfələrini verirlər. Heydər Əliyev milli-mənəvi, əxlaqi dəyərlərimizə sadiq qalaraq  Azərbaycan insanının sosial inkişafını yeni dünyanın  insan modellərinə yaxınlaşdırdı bu  gün  müstəqil  dövlətimiz insanın hər tərəfli  inkişafını  birinci amil kimi diqqətdə saxlayır.

Bu gün ədəbiyyat incəsənət  xadimləri prezident təqaüdü mənzillərlə təmin edilir, onların yubileyləri dövlət   səviyyəsində  keçirilir, adları əbədiləşdirilir.  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğam musiqisinə göstərdiyi qayğı Azərbaycanın tarixində heç vaxt olmayıb. Bakıda Muğam, Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi onu göstərir ki, ölkəmizdə incəsənətin bütün sahələri inkişaf edir.  Bu tədbirlər gənc musiqiçilərin formalaşmasına  təsir  göstərdiyi kimi, həm insan zövqünün dünyəviləşməsinə, onun  kamilləşməsinə xidmət edən böyük  bir stimuldur.   Mən bu yazını yazarkən Prezident İlham Əliyevin  Məmməd Əmin  Rəsulzadə haqqında imzaladığı sərəncam ölkəmizdə yaxşı mənada  böyük bir rezanans doğurdu. Alqışdan başqa heç kəsin deməyə  sözü qalmadı. Bu onu göstərdi ki, Azərbaycan dövləti öz  tarixi  mədəniyyətinin hər bir  sahəsinə sahib çıxmaq qüdrətindədi bu  Azərbaycanda insan inkişafına göstərilən  böyük bir qayğının təzahürüdür. 

 Ulu Öndərin möhtəşəm bir fikri yadıma düşür: "Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır". Azərbaycanın Dünya Olimpia oyunlarına qatılması geçirilən oyunlarda saysız -hesabsız medallar qazanması  ölkəmizdə insanların idman potensialının dövlət qayğısına alınması ən böyük insan quruculuğunun təməli hesab oluna bilər. Milli Olimpiya Komitəsinin gördüyü işlər Dünya Olimpiya Komitəsinin diqqət mərkəzindədir. Respublikamızın  hər bir bölgəsində geniş idman kompileksləri tikilir,  bütün bunlar  insanların sağlamlığına qoyulan böyük sərmayədir   gələcək idman tarixinin bünövrəsini qoymaqdır. İdman oyunları təkçə insanın fiziki sağlamlığına deyil, həm onun mənəvi cəhtdən kamilləşməsinə kömək edən  dəyərli bir  vasitədir.  Heydər Əliyevin  vaxtı ilə dediyi sözləri xatırlayıram: "İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".

BMT-nin inkişaf proqramı 1990- ildən dünya ölkələrində əhalinin sosial rifah səviyyəsini əks etdirən insan inkişafı  hesabatları nəşr etdirir. Kitab aparıcı prinsip olan aşağıdakı sözlərlə başlamışdı: "Hər bir dövlətin sərvəti onun insanlarıdır" Azərbaycan müstəqilliyini bərpa edəndən sonra  inkişaf baxımından müqayisə edilən ölkələr sırasına daxil oldu bundan sonra  BMT-nin  insan inkişafı hesabatlarında ölkəmizin nəticələri öz əksini tapdı. Fikrimi faktlarla göstərməyim daha məqsədə uyğundur: 1995-ci ildən 2010-cu ilə kimi Azərbaycanın İnsan inkişafı İndeksi 27% artaraq 0.563-dən 0.713 qədər yüksəlmişdir. BMTİP-in (BMT-nin İnkişaf proqramı) 2010-cu il üçün qlobal İnsan İnkişafı Hesabatına əsasən 169 ölkə arasında 67-ci yeri tutan Azərbaycan indiyə qədər aid edildiyi "orta insan inkişafı" ölkələri kateqoriyasını tərk edərək "yüksək insan inkişafı" kateqoriyasına daxil edilmişdir. Ölkəmiz 2000-2010-cu illər üzrə İnsan İnkişafı İndeksinin orta illik artım tempinin 1.77 olması ilə keçmiş Sovet İttifaqı məkanında qabaqcıl bir ölkəyə çevrilmişdir. Təsadüfi deyildi ki, BMT-nin hesabatında səslənən   fkir Azərbaycanın hazırkı  reallığını çox dəqiq əks etdirir: "Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkədir.

Azərbaycan günü-gündən inkişaf edir.  Kənd adamı olduğum üçün  adicə  bir fakt deyim. Kənd üçün  ötən əsrin əvvəllərində xəyal kimi görünən arzular indi real həqiqətdir. Torpaqların özəlləşdirilməsi, fermer təsərrüfatların yaradılması  onlara güzəştli kreditlərin verilməsi indi Azərbaycan kəndlərini başdan- ayağa laləzara çevirib. Əlbəttə,  bu, Ulu Öndərin uzaqgörənliyi sayəsində baş vermişdir. Kəndin sosial rifahının yaxşılaşdırılması, yeni məktəblərin bağçaların  tikilməsi, yollara asfalt örtüyün döşənməsi, mədəniyyət ocaqlarının  canlandırılması kəndlərin başdan-başa telfonlaşdırılması internetləşdirilməsi insan inkişafına bariz nümunədir.

Mən Prezident Aparatının  ictimai-siyası  məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun çıxışlarına diqqətlə qulaq asır, dövrü mətbuatda  məqalələrini mütəmadi olaraq izləyirəm.   Görürəm ki, dövlətimiz söz azadlığına, medianın inkişafına, jurnalistləri problemlərinə, xüsusən mənzil şəraitinin yaxşılaşdırılmasına,  azad, təsirsiz, obyektiv şəraitin bərqərar olmasına qədər maraqlıdır. İqdidar müxalifət düşərgələrinə fərq qoymadan hamısına eyni qaydada dəstək verir. Bu söz azadlığını inkişafıdır eyni zamanda sözün müəllifi olan Azərbaycan insanının inkişafıdır.

Müvəqqəti olsa da  torpaqlarımız işğal altındadır.  Qaçqın köçkün soydaşlarımızı sosial müdafiəsi daim dövlətimizin diqqət mərkəzində olmuşdur. Onların təhsil, tibb, mədəniyyət, mənzil problemləri dövlət  qayğısı nəticəsində birdəfəlik  həll olunub, yaxşı yaşamaları üçün lazımi şərait yaradılıb, daimi sosial yardımlar verilib, çadırlardan işıqlı evlərə köçürülüb. Onlara qayğı məsələsi təkcə bunlarla yekunlaşmır. Dövlətimiz  onlara həmişə mənəvi dəstək olub. Ulu Öndərin bir qaçqın toyunda qol götürüb oynaması hamının yaxşı  yadımdadır. Heydər Əliyev sosial qayğıdan əlavə onlarda, nəinki onlarda, bütün xalqımızda böyük ruh yüksəkliyi yaradırdı. Bütün bunlar Azərbaycan insanının maddi, mənəvi sosial inkişafının hərəkətverici qüvvəsi deyilmi?

Dövlətimiz, aztəminatlı ailələrə, Böyük Vətən, Cernobıl, Əfqanıstan, Qarabağ müharibəsi əlil iştirakçılarına, şəhid ailələrinə, şəhidlərin adlarının əbədiləşdirilməsinə, onların qəhrəmanlıqlarının gənc nəslə çatdırılmasına  digər maddi, mənəvi, sosial problemlərinin həllinə çox həssas yanaşır bu gün  bu məsələ dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Bütün bunlar birinci növbədə  insan amilinə, insan faktoruna yönələn diqqətdir. Bu diqqət təkcə onlara aid deyil, sabah Qarabağı azad edəcək Azərbaycan insanına mənəvi  bir dəstəkdir.

Ölkəmizdə dini azadlığa geniş əlverişli şərait yaradılıb.  Din xadimlərinə başqa xalqların dinlərinə ölkəmizdə dərin hörmət diqqət vardır. Qurban, Novruz, 8 Mart Qadınlar  bayramı digər peşə bayramları ölkəmizdə geniş şəkildə qeyd edilir. Dini mərasimlərin keçirilməsi üçün lazımi şərait yaradılır. Ölkəmizdə yaşayan azsaylı xalların dilinə, dininə, adət   ənənələrinə  dövlətimiz böyük sayğı ilə yanaşır. Bütün bunlar Azərbaycanda insan inkişafını təmin edən dövlət qayğısının əsas  amillərindən biridir.

Azərbaycan dövləti  bütün dünyada yaşayan soydaşlarımıza sarsılmaz  bir dayaqdır. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün təntənə ilə qeyd edilməsi Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi fikirlərimizə parlaq sübutdur. Səfirliklərimizin, diaspor təşkilatlarımızın apardığı məqsəd yönlü   imkan verir ki, dünyanın ən ucqar nöqtəsində yaşayan azərbaycanlı özünü güvənli  hiss eləsin. Bilsin ki, onun arxasında müstəqil, azad, dünyada öz sözünü deyə biləcək bir dövləti var. Ramil Səfərovun həyatı danılmaz bir fakt kimi həmişə yaddaşlarda qalacaq. Azərbaycan dövləti onun qüdrətli prezidenti öz vətəndaşını soyuq həbsxana divarları arasından  xilas edərək  vətənə gətirdi. Bu hissin özü gələcək nəsilləri güvənli edir onları bir insan kimi inkişaf etdirir.

 Xarici ölkələrdə keçirilən sərgilər, mədəni  kütləvi tədbirlər,  konfranslar, dünyanın mədəni qurumları ilə aparılan dialoqlar, bağlanan  müqavilələr Azərbaycan insanının dünyagörüşünü  genişləndirir onun təfəkkürünün dünya mədəniyyətinin layiqli  bir hissəsi olması  diqqətə çatdırılır. Azərbaycan dövlətini dəstəyi ilə mədəniyyət kapitalımız dünyaya təqdim edilir. Dövlətimiz bağçasındakı  meyvədən tutmuş, torpağın altındakı bir damla neftinə qədər -hamısının  qeydinə qalır gələcək nəsillərin mənafeyini indidən qoruyur onlara xoş bir gələcək vəd edir. Bu  dediklərim Azərbaycan insanınn inkişafına  kömək edən əsas faktordur.

Azərbaycanın iqtisadi, siyası inkişafının bazasında  qanunun aliliyi, sülhsevərliyi, söz azadlığı, insana qayğı, onun hər cəhətdən  inkişafı  üçün nəzərdə tutulan  ali  prinsiplər dayanır. 1998-ci ildə Ulu  Öndər Şərqdə ilk dəfə olaraq-Azərbaycanda ölüm cəzasını ləğv etdi.  İnsan  hüquqlarının müdafiəsi üçün Ombudsman Aparatının yaratdı. Bütün  bu qərarların hamısı insanın əqli, zehni, hüquqi inkişafının əsas təminatı oldu.

Son illər ölkəmizdə əhalinin yoxsulluq həddi olduqca aşağı düşmüşdür. Bütün bunlar  bir sıra vacib dövlət proqramlarının həyata keçirilməsi sahəsində mümkün olmuşdur. Dövlət proqramların həyata keçirilməsi nəticəsində davamlı  iqtisadi  inkişaf tempi artırılmış eləcə inflyasiya milli valyutanın məzənnəsi lazım olan səviyyədə saxlanılması təmin edilmişdir.  Dövlətimiz insanların sosial rifahını yaxşılaşdırmaq üçün bir -birinin ardınca möhtəşəm addımlar atır. "2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf proqramı" intensiv olaraq böyük uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən   2003- ildə yoxsulluq səviyyəsi 44,7% faiz idisə, 2009-cu ildə bu rəqəm 10,9% faizə enmişdir.

Ölkəmizdə əlverişli biznes investisiya  mühüti olduğuna görə   Azərbaycan iqtisadiyyatına  xarici ölkələr tərəfindən milyardlarla  investisiya yönəldilir. Dünya iqtisadiyyatında bu, çox ciddi məsələdir. Ölkəmiz bütün sahələrdə inkişaf edir   bu gün  dövlətimiz Azərbaycan insanını hər tərəfli inkişaf  etdirərək  qabaqcıl dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur. Əlbəttə , bu uğurlar  Heydər Əliyev ideyalarının tarixi qələbəsidir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin, savadlı, ağıllı, məqsədyönli fəaliyyətinin, dünya iqtisadiyyatını dərindən bilməyinin, vətənə, xalqa böyük  məhəbbətinin  canlı  təzahürüdür.

Qeyd:  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap edilir.

 

 





03.12.2013    çap et  çap et