525.Az

Şimal bölgəsinə 23 santimetr qalınlığında qar yağıb


 

Şimal bölgəsinə 23 santimetr qalınlığında qar yağıb<b style="color:red"></b>

Ötən gündən başlayaraq respublikanın şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Burda yağıntının miqdarı 23 santimetrə çatıb.

Quba Regional Hidrometeorologiya İdarəsindən APA-ya verilən məlumata görə, Xızı rayonun Altıağac qəsəbəsində qarın qalınlığı 20 sm, Quba və Qusara 12 sm, Xaltan-Susay-Qonaqkəndə 15 sm, Küpçal-Təngəaltı-Qonaqkənd zonasına isə 10 sm təşkil edir.

Temperatur isə dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə isə mənfi 5-6 dərəcəyə enib.

 





04.12.2013    çap et  çap et