525.Az
Rusiyada azərbaycanlı tikinti meydançasında öldü
Rusiyanın Xantı-Mansiysk vilayətindəki tikinti meydançalarından birində montaj işləri zamanı fəhlə 8-ci mərtəbədən yıxılıb.
Lent.az-ın yerli Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şəxs Yuqra şəhərinə qazanc dalınca yollanmış azərbaycanlı olub.
Həmyerlimiz aldığı zədələrdən təcili yardım gələnədək vəfat edib.
04.12.2013
çap et