525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, havanın temperaturu  Abşeron yarımadasında gecə 4-7, gündüz  12-16, Bakıda  gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər  bəzi yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 3-8, gündüz  15-20, dağlarda gecə 0-5, gündüz  6-11 dərəcə isti olacaq.

 





27.03.2020    çap et  çap et