525.Az

Heydər Əliyev Mərkəzində "Kosmosa səyahət"in ilk dünya təqdimatı keçirilib


 

Heydər Əliyev Mərkəzində "Kosmosa səyahət"in ilk dünya təqdimatı keçirilib<b style="color:red"></b>

Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik Raket Mərkəzinin "Kosmosa səyahət" sərgisinin ilk dünya təqdimatı olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək sərginin bu il açılmasını çox əlamətdar hesab etdiyini diqqətə çatdırıb: "Prezident İlham Əliyevin cərəncamı ilə bu il "İnformasiya- kommunikasiya texnologiyaları ili" elan olunub.  Bu il fevralın 8- Azərbaycanın ilk süni peyki orbitə buraxılıb".

Heydər Əliyev Mərkəzinin artıq beynəlxalq sərgilər, konfranslar keçirildiyi məkana çevrildiyini deyən Anar Ələkbərov bu sərginin ərsəyə gəlməsində dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya tərəfdaş təşkilatlara təşəkkürünü bildirib. ABŞ-ın Kosmik Raket Mərkəzinin icraçı direktoru Debra Barnhart bu möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib: "Sərgidə insanın kosmos sahəsində nailiyyətlərini əks etdirən eksponatlar nümayiş olunur. ABŞ-ın Kosmik Raket Mərkəzi bütün dünya üzrə gənclərin məlumatlandırılması ilə məşğul olur bu sərgi Azərbaycan gənclərini insanın kosmos sahəsində əldə etdiyi uğurlarla tanış etmək məqsədi daşıyır".

Alabama Elmi Kosmik Sərgisinin direktoru Rusvet Levis bildirib ki,  sərginin məqsədi kosmos sahəsində yalnız keçmişdə olanları nümayiş etdirmək deyil, eyni zamanda, gələcəkdə insanların hansı nailiyyətlərə imza ata biləcəyini görmək üçün zəmin yaratmaqdır: "Ona görə belə sərgiləri dünyanın hər yerində nümayiş etdirməklə biz əsasən gənclərin diqqətini cəlb etməyə çalışırıq".

Həmyerlimiz, Bakıda anadan olmuş kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov belə bir sərginin doğma Azərbaycanın paytaxtında keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edərək deyib: "Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olub. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək gələcəkdə Azərbaycandan da astronavtlar olacaqdır".

Sonra sərgi ilə tanışlıq olub. Sahəsi 3500 kvadratmetr olan sərgidə yüzədək eksponat nümayiş etdirilir. Onların arasında kosmik stansiyalar, kosmosda olmuş aparatlar Ay səthindən gətirilmiş orijinal daş parçası, müxtəlif peyklərin hissələri onların maketləri, kosmonavt geyimləri aksessuarları, meteoritlər sair yer alıb.

Sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da keçirilib. Burada Azərbaycanın ilk süni peyki barədə məlumatlar, onun maketi öz əksini tapıb.

S.ABDULLAYEVA

 





04.12.2013    çap et  çap et