525.Az

Azadlıq meydanında razılaşdırılmamış aksiyaya imkan verilməyəcək


 

Azadlıq meydanında razılaşdırılmamış aksiyaya imkan verilməyəcək<b style="color:red"></b>

Bakının Azadlıq meydanında razılaşdırılmamış aksiya keçirilməsinə imkan verilməyəcək.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə dekabrın 8-də “Azadlıq” meydanında aksiya keçiriləcəyi ilə bağlı elanlar yayılıb.

 





04.12.2013    çap et  çap et