525.Az

Azərbaycanlı aktyor türk serialında çəkiləcək


 

Azərbaycanlı aktyor türk serialında çəkiləcək<b style="color:red"></b> Aktyorumuz TRT 1-də nümayiş olunan “Zengin Kız Fakir oğlan” serialında çəkiləcək.
 
525.az-ın məlumatına görə, Azərbaycanda çəkilən bir neçə serialda oynayan Nicat Həbibov “Zengin Kız Fakir Oğlan” serialında həkim Ramin obrazını canlandıraraq Türkiyənin ən məşhur aktyorları ilə çalışacaq.
 
Serialın rejissoru Birol Güven may ayında Bakıya gələrək TRT Bakı Təmsilçiliyinin təşkilatçılığı ilə imza günündə Azərbaycanlı sənətçilərlə görüşüb. Birol Güven Nicat Həbibovun serialda oynamasının azərbaycanlı tamaşaçılar tərəfindən sevinclə qarşılanacağını bildirib. 
 
“Zengin Kız Fakir Oğlan” serialı TRT 1 kanalında həftənin cümə axşamı Bakı saatı ilə 21.50 yayımlanır.
 





05.12.2013    çap et  çap et