525.Az

Ermənilərin Dağlıq Qarabağda minalardan istifadə etməsi pisləndi


 

Ermənilərin Dağlıq Qarabağda minalardan istifadə etməsi pisləndi<b style="color:red"></b>

İsveçrənin Cenevrə şəhərində Piyadalar əleyhinə minaların qadağan olunması Konvensiyası çərçivəsində 13-cü iclas keçirilir.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanı «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin direktoru Hafiz Səfixanov təmsil edir.
 
Hafiz Səfixanov APA-ya açıqlamasında bildirib ki, dekabrın 2-də başlamış və dekabrın 9-dək davam edəcək tədbir çərçivəsində dünya ölkələrində piyadalar əleyhinə minalarla bağlı problem, Konvensiyaya qoşulmuş ölkələrdə piyadalar əleyhinə minaların ləğvi sahəsində görülən işlər və s. müzakirə olunur.
 
H. Səfixanov deyib ki, onların səyi nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin 2013-cü ildə minalardan istifadə etməsi faktı beynəlxalq kampaniyanın hesabatına salınıb: «Bu fakt BMT Baş Katibinin müraciətində də səslənərək qəti surətdə pisləndi».
 
H. Səfixanov bu gün plenar iclasda çıxış edərək Azərbaycanda minaların ləğvi sahəsində həyata keçirilən işlər barədə danışacaq.

 





05.12.2013    çap et  çap et