525.Az

Səməd Seyidov: "Azərbaycanın siyasəti Qafqazda heç kimə qarşı deyil"


 

Səməd Seyidov: "Azərbaycanın siyasəti Qafqazda heç kimə qarşı deyil"<b style="color:red"></b>

"Vladimir Putinin səfəri zamanı Ermənistanın rəhbərliyi Yerevanda Rusiya prezidentinə Gömrük İttifaqına qoşulacağına öz gələcəklərini bu dövlətlə bağladıqlarına əmin ediblər. İki gün əvvəl isə Vilnüs sammitində başqa söz deyirdilər bu nöqteyi- nəzərdən müstəqil dövlətin müstəqil mövqeyi olmalıdır".
 
Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər parlamentlərarası  əlaqələr komitəsinin sədri Səməd Seyidov dilə gətirib. Onun dediyinə görə, bu proseslər onu sübut edir ki, Ermənistan müstəqil dövlət deyil, onun müstəqil mövqeyi yoxdur. Komitə sədri qeyd edib ki, ən əsası da ondan ibarətdir ki, Ermənistanın müstəqil mövqeyi olmadığı üçün bu mövqeyə heç bir ölkə tərəfindən normal münasibət gözləmək lazım deyil: "Hər bir insan, qurum, dövlət əvvəl gərək özü özünə hörmət etsin ki, başqaları da ona hörmət eləsin. Ermənistan bir regionda yaşamaq istəyirsə, region dövlətləri ilə dostluq etmək lazımdır. Azərbaycanın siyasəti Qafqazda heç kimə qarşı deyil. Amma Ermənistan belə siyasət apardığı üçün belə ağır vəziyyətdədir. İşğalçı olduğuna görə onun gələcəyi yoxdur. Amma Azərbaycanın Avropa ilə , Rusiya ilə əlaqələri var. Əlbəttə ki, Rusiyanın da, başqa ölkələrin bu regionda tarixən maraqları var bunu heç kim inkar etmir. Bu regionda müxtəlif maraqların toqquşmasını nəzərə alaraq düzgün siyasət aparmaq, öz xalqını irəli aparmaq lazımdır. Bu siyasəti hörmətli Prezidentimiz həyata keçirir. Bizim regionda mövqeyimiz güclüdür dünyada Azərbaycanla güclü dövlət kimi hesablaşırlar. Ermənistanla bağlı isə tam əksinədir. bu tərəf, o tərəf Ermənistanın maraqlarını nəzərə almır. Yalnız bu ola bilər ki, Ermənistandan istifadə edib öz maraqlarını bu regionda tətbiq etsinlər. Bu da Ermənistan xalqının ən böyük faciəsidir. Bu xalqın üzərində Avropa öz maraqlarını, Rusiya isə öz maraqlarını yeridəcək. Ermənistan hakimiyyəti isə öz mövqeyini ortaya qoymaq iqtidarında deyil".

K.HƏMZƏOĞLU

 





05.12.2013    çap et  çap et