525.Az

BDU-da Bəhram Əsgərovun yubileyi qeyd olunub


 

BDU-da Bəhram Əsgərovun yubileyi qeyd olunub<b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, BDU-nun "Bərk cisimlər fizikası" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Əsgərovun 80, elmi, pedaqoji ictimai fəaliyyətinin isə 55 illliyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Bəhram Əsgərovun mənalı həyat yolu elmi fəaliyyətindən danışıb.

Bildirib ki, 1933- ildə anadan olan Bəhram Əsgərov 1952-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə adlı təqaüdçü olub. Aspirantura təhsilini SSRİ Elmlər Akademiyası Yarımkeçiricilər İnstitutunda alıb. Bu İnstitutda o, professor A.İ.Anselmin rəhbərliyi altında mükəmməl elmi məktəb keçib, bərk cisimlər nəzəriyyəsinin aktual problemləri - metallar yarımkeçiricilərdə termomaqnit effektlərin kvant nəzəriyyəsi ilə məşğul olub.  1966- ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Molekulyar fizika" kafedrasında işə başlayıb. 1971-ci ildə "Bərk cisimlər fizikası" kafedrasını yaradıb, 1972-ci ildə kafedranın professoru olub indiyə qədər həmin kafedranın əvəzsiz rəhbəridir.

Bəhram Əsgərovun əsərləri, elmi araşdırmaları barədə məlumat verən rektor bildirib ki, onun bir sıra işləri daha mürəkkəb dispersiya qanunlu, yəni real enerji spektrli yarımkeçiricilərdəki kinetik effektlərin klassik nəzəriyyəsinə həsr olunub. O, sferik, lakin qeyri-parabolik zonalı yarımkeçiricilərdə qalvanomaqnit termomaqnit effektlərin klassik nəzəriyyəsi ümumiləşdirib.  Bəhram müəllim tərəfindən termomaqnit effektlərinin ölçülməsindən istifadə olunaraq güclü cırlaşmış sferik-simmetrik dispersiya qanunlu elektron yarımkeçiricilərinin parametrlərinin tapılması üçün yeni üsul təklif olunub.

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov məruzəsində akademikin elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1994-2004- illərdə Bakı Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, 1998-ci ildə bir ilə yaxın müddətdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Bəhram müəllim hazırda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Bir çox illər Respublika Təhsil Nazirliyinin "Fizika" ixtisası üzrə elmi-metodik şurasının sədri, elmlər doktoru elmi dərəcəsi verən Elmi Şuraların sədri həmsədri olub. Bəhram Əsgərovun elmi-təşkilati, pedaqoji ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1974- ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə Əməkdar elm xadimi  fəxri adına layiq görülüb, 2004- ildə "Şöhrət" ordeni ilə təltif olunub. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib. Sonra akademik Ziyad Səmədzadə, professorlar - Misir Mərdanov, Qəzənfər Paşayev, Adil Qəribov başqaları çıxış eədərək Bəhram Əsgərovu yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, uzun məsuldar ömür arzulayıblar.

 





05.12.2013    çap et  çap et