525.Az

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər


 

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər<b style="color:red"></b>

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın qüdrətli, nüfuzlu dövlətlərindən birinə çevrilib. Ölkədə aparılan tikinti-quruculuq, abadlıq işlərinə nəzər yetirdikdə Azərbaycanın sürətli inkişafını görməmək mümkün deyil. Ölkəmizin əldə etdiyi nailiyyətlər öz növbəsində Bakı Bakıətrafı rayonların, o cümlədən regionların sosial-iqtisadi inkişafına güclü təkan verib. Dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə aparılan siyasət tərəqqinin Azərbaycan modelinin əsasını qoyub. Məhz müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma, abadlıq-quruculuq işlərinin nəticəsidir ki, hazırda bütün bölgələrdə inkişafa nail olunaraq, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Dövlət başçısının müntəzəm olaraq bütün rayonlara səfəri, habelə aparılan yenidənqurma, təmir-tikinti işləri ilə yerində tanış olması onun davamlı inkişafa böyük əhəmiyyət verməsinin təzahürüdür. Sistemli davamlı xarakter alan bu səfərlər, tikinti, yenidənqurma, abadlıq işləri ilə tanışlıq sosial-iqtisadi inkişafın sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. İ.Əliyev çıxışları zamanı hər bir məmurun başlıca vəzifəsinin Prezidentin yürütdüyü siyasətə sadiq qalaraq xalqa, vətəndaşlara layiqli vicdanlı xidmət etməsinin vacibliyini tez-tez dilə gətirir. Fəaliyyətini bu prinsiplər əsasında quran rayonlardan biri Binəqədi Rayon İcra Hakimiyyətidir. Dövlət başçısının göstərişləri əsasında Binəqədi rayonunda da dinamik yüksəliş üçün bütün zəruri tədbirlər həyata keçirilərək, ölkədəki inkişaf prosesinə layiqli töhfə verilir. Sözün həqiqi mənasında ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdıran Binəqədi rayonu İ.Əliyevin diqqət qayğısı ilə sanki yenidən "dünyaya gəldi". Binəqədi demək olar ki, inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Bunun nəticəsi olaraq rayon böyük uğurlar əldə edərək, daha da müasirləşib. Sakinlərin razılığına səbəb olan quruculuq tədbirləri təkcə Binəqədi rayon mərkəzində deyil, ətraf qəsəbələrdə qabarıq şəkildə hiss olunur. Dövlət başçısının 2013- il aprel ayının 23- imzaladığı "Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamından irəli gələn bütün tədbirlərin icrası uğurla həyata keçirilir.

Rayonun bir sıra statistik göstəricilərinə nəzər saldıqda inkişafı aşkar görmək mümkündür.

Belə ki, 2013- ilin yanvar-sentyabr aylarında sənaye sahəsində 124 milyon 655 min manatlıq ya keçən ilin müvafiq dövründən 2,9 faizdən çox sənaye məhsulu istehsal edilərək, xidmətlər göstərilib. Ötən ilin yanvar-sentyabr aylarında Binəqədi rayonunda iqtisadi sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 97 milyon 786 min manat məbləğində investisiya yönəldilib ki, onlardan 64 milyon 26 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,5 faiz çox, rabitə sektorunda isə 0,7 faiz çox xidmət göstərilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 251 milyon 385 min manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3 faiz çoxdur.

2013- il sentyabrın 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3875 yeni yeri açılıb ki, bunun da hamısı daimi yeridir.

Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, cari ilin 9 ayı ərzində ümumilikdə 2652 ailəyə ya 10934 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilib, 1788 nəfərə birdəfəlik maddi yardım verilib.

Bununla yanaşı rayonda məcburi köçkünlərin sosial problemləri ilə bərabər onların müvəqqəti məskunlaşdıqları ərazilərin abadlaşdırılması məsələləri diqqətdən kənarda qalmayıb. Həmçinin ayrı-ayrı 55 kiçik sahibkarlıq subyektinə 1 milyon 757 min manat həcmində güzəştli dövlət kreditləri verilərək, çoxsaylı yerinin yaradılması nəzərdə tutulub. "2011-2013- illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda həmin proqrama əlavələrdə Binəqədi rayonu üzrə 103 tədbir nəzərdə tutulub ki, artıq onların əksəriyyəti icra edilib. Rayon ərazisində yerləşən çoxsaylı orta məktəb binaları, uşaq bağçaları təmir edilib.

Habelə 2013- ilin 9 ayı ərzində rayonun qəsəbələrarası qəsəbədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad dam örtüklərində, park meydanlarda, həmçinin digər infrastruktur sahələrində abadlıq-quruculuq, yenidənqurma əsaslı təmir işləri həyata keçirilib. Binəqədi rayonu ərazisində yanvar-sentyabr aylarında ümumilikdə 6181 m2 hörgü, 14058 m2 suvaq, 26267 m2 dekorativ suvaq, 57734 m2 boyaq işləri aparılmışdır, küçələrdə binaların həyətlərində 4741 m2 tamet daşı, 4154 p/m səki daşları döşənərək, 7-ci mikrorayon ərazisində 8400 p/m novalça su axıdılan boru əsaslı təmir edilib. Eyni zamanda, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, mövcud xeyir-şər evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış əsaslı tikintiyə ehtiyacı olan bu tip binaların əhalinin istifadəsinə verilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Rayon ərazisində yeni yaşıllıq ərazilərinin salınması istiqamətində ümumilikdə 73828 m2 çəmən salınmış, 94125 ədəd müxtəlif növ gül-çiçək, dekorativ kollar 6656 ədəd müxtəlif növdə ağaclar əkilib. Mikrorayonların ərazisində 106 binanın zirzəmisində su kanalizasiya xətti əsaslı təmir edilib. Həmçinin ötən dövr ərzində rayon ərazisində müxtəlif yerlərdə uzunluğu 19733 m olan 118400 m2 sahəyə asfalt örtüyü çəkilib.

Prezidentin 5 sentyabr 2012-ci il tarixli, 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilərək, vətəndaşların müraciətləri, irad təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunaraq, aidiyyəti qurumlara göndərilib. Rayon İcra Hakimiyyəti başçısının 2013- ilin 9 ayı ərzində 25 səyyar görüşü keçirilib. Sakinlər tərəfindən qaldırılan 382 məsələnin icrası ilə əlaqədar, 25 Tədbirlər Planı tərtib edilib təsdiq olunaraq aidiyyəti qurumlara paylanılması təmin edilib.

Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə mədəniyyət müəssisələri, siyasi partiyalar dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olub.

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılan "Sakinlərin Müraciət Xidməti-1646-ya daxil olan zənglər qısa zaman ərzində təhlil edilərək, tədbirlər görülür.

Ümumiyyətlə, Binəqədi rayonunda müşahidə olunan böyük canlanma tərəqqi ilk növbədə sistemli, ardıcıl yeniliyə əsaslanan mütərəqqi işin bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olub.

Bütövlükdə rayonun həyatında dinamik sosial-iqtisadi tərəqqi qeydə alınır. Demək olar ki, şəhərin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası sahəsində Binəqədi rayonunda böyük nəticələr əldə edilib. Binəqədidə bütün sahələr üzrə görülən işləri, aparılan abadlıq-quruculuq prosesini, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları görən hər bir kəs fəxrlə deyə bilər ki, bu rayon inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Uğurla həyata keçirilən abadlıq yenidənqurma işləri Binəqədi rayonunun simasını tamamilə dəyişib.

Rayon ərazisində zibil qutularının yerləşdirilməsi üçün xüsusi yerlər inşa olunub. Binaların qarşısına asfalt döşənib maşınların park edilməsi üçün xüsusi yerlər ayrılıb. Kanalizasiya sistemləri yenilənib, qaz, su işıqla bağlı problemlər aradan qaldırılıb. Parklarda uşaqlar üçün əyləncə yerləri, ağacdan hazırlanmış oturacaqlar quraşdırılıb. Məhəllələrdə yaşlı insanlar üçün stolüstü oyun guşələri inşa edilib. Sakinlərin gecə saatlarında parkda normal istirahət etmələri üçün burada müasir işıqlandırma sistemi quraşdırılıb. Binəqədi rayonu ərazisində sanitar təmizliyini təmin edilməsi istiqamətində ciddi işlər görülməkdədir. Son bir il ərzində  rayon ərazisində sanitar normalara əməl olunması ərazilərin təmizliyinə  nəzarət etmək məqsədilə görülən tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, 2013- ildə bu sahədə istifadə olunan avadanlıq texniki qurğuların sayının artması işlərin intensivliyinin keyfiyyətinin artmasına səbəb olub. Məişət tullantılarının yığıldığı ərazilərin abadlaşdırılması, tullantıların vaxtında götürülməsi, texnika avadanlıqlardan səmərəli istifadə təmizliyə zəmanət verir.

Görülən işlər sakinlərin tam ürəyincə olaraq, onların razılığına səbəb olub. Əvvəllər ərazidə yaşıllıqlar olsa da, indiki kimi gözəllik yox idi. Sakinlər qaranlıq küçəyə çıxmaq belə istəmirdilər. Onlar asudə vaxtlarında istirahət üçün şəhərdəki parklara getməli olurdular. İndi isə sakinlərin istirahət etmələri üçün hər cür şərait mövcuddur onların yol qət edərək mərkəzi parklara üz tutmasına ehtiyac yoxdur.

Sakinlərin razılığına səbəb olan məqamlardan biri rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun mütəmadi olaraq sakinlərlə səyyar görüşlər keçirməsidir. Rayon rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə təşkilatlarının, xidmət sahələrinin rəhbərlərinin iştirak etdikləri həmin görüşlərdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq quruculuq sahəsində, həmçinin, sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər Binəqədi rayonunda da özünü parlaq şəkildə nümayiş etdirir. Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi Binəqədi rayonunun bundan sonra daha böyük uğurlara imza atacağına əsas verir. 

Aqil LƏTİFOV

Yazı Binəqədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





05.12.2013    çap et  çap et