Prezident İlham Əliyev Xaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, sərəncamla 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
çap et