"Baş Nazir Boris Conson süni tənəffüs aparatına qoşulmayıb, o, özü nəfəs alır. Həkimlər ona pnevmoniya diaqnozu qoymayıb".
APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin sözçüsü bildirib.
O deyib ki, gecəboyu Baş Nazirin vəziyyəti stabil olub, onun əhvalı yaxşıdır.
Baş Nazirin sözçüsü B. Consonun mərkəzi Londonda yerləşən "Müqəddəs Tomas" xəstəxanasının reanimasiya şöbəsində olduğunu qeyd edib.
Xatırladaq ki, B. Conson aprelin 5-də müayinə üçün xəstəxanaya müraciət edib, aprelin 6-da isə onun koronavirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.